
Yeni plastik material bir gecəyə suda parçalanır
Elm & Texnologiya
28.03.2025
Emil
Yaponiyadakı Fiziki-Kimyəvi Tədqiqatlar İnstitutunun alimləri supramolekulyar polimerlər əsasında hazırlanmış yeni plastik material yaradıblar. Bu material istifadədə möhkəmliyini qoruyur və duzlu suda sürətlə parçalanır. Adi plastikdən fərqli olaraq, hansı ki, yüzillərlə çürüməyə bilər, yeni material cəmi 8.5 saata ərzində həll olur və ekosistem üçün faydalı olan azot və fosfora çevrilir. Plastik molekulları möhkəm kovalent bağlarla birləşmişdir və bu bağları dağıtmaq çətindir. Məhz buna görə plastik məmulatlar bu qədər etibarlı, davamlı olur və qablaşdırmadan tutmuş oyuncaqlara qədər müxtəlif məqsədlər üçün istifadə edilir. Lakin bu möhkəm bağlar, plastik tullantıya çevrildikdə problemlər yaradırlar. Bir dəfəlik plastik stəkan zibilxanada 10 illərlə, hətta 100 illərlə parçalanmaya bilər. Bu zaman isə o, artıq təbiətdə və hətta bədənimizdə belə aşkarlanan mikroplastikə çevrilir.

Tədqiqatçılar adi plastiklərin ən yaxşı xüsusiyyətlərini və sürətlə təhlükəsiz maddələrə parçalanma qabiliyyətini özündə birləşdirən yeni növ plastik yaradıblar. Bu material supramolekulyar polimerlərdən ibarətdir və onların bağları geri çevriləndir - bu bağlar yapışqan stikerlər kimi işləyir. Onları yapışdırmaq, çıxarmaq və yenidən yapışdırmaq mümkündür. Uyğun material tapmaq üçün alimlər çoxsaylı molekulları tədqiq ediblər. Nəticədə onlar lazımi xüsusiyyətlərə malik olan bir kombinasiyada qərarlaşıblar: Natrium heksametafosfat (adi qida əlavəsi) və quanidinium ionları əsasında olan monomerlər (gübrələrdə istifadə olunur). Bu iki maddəni suda qarışdıran komanda plastik hazırlamaq mümkün olan yapışqan kütlə əldə edib.
Bu komponentlər qarşılıqlı təsirə girdikdə molekullar arasında “duz körpüləri” yaranır ki, bu da materialı həm möhkəm, həm də elastik edir. Lakin bu maddələri duzlu suya saldıqda, elektrolitlər bu bağları pozur və plastik həll olur. Sınaqlar göstərdi ki, yeni plastik adi plastik qədər möhkəm, yanmaz və şəffafdır. Lakin onu duzlu suya qoyduqda təxminən 8.5 saat ərzində tamamilə həll olur. Təbii ki, parçalanma qabiliyyətinə malik istənilən plastikdə bir problem var: Bəs əgər o, vaxtından əvvəl parçalanmağa başlasa nə olar? Axı heç kim içindəki mayedən asılı olaraq həll olan stəkan istəməz. Bunun qarşısını almaq üçün alimlər materialı xüsusi suya davamlı örtüklə örtüblər.

Bu, onun vaxtından əvvəl parçalanmasına qarşı qoruyucu qat rolunu oynayıb. Lakin plastik utilizasiya olunmalı olduqda, səthi azca cızmaq kifayət edir. Belə olduqda duzlu su materialın içinə nüfuz edir və plastik örtüksüz olduğu kimi eyni sürətlə həll olur. Bəzi bioloji parçalanan plastik növləri yenə də zərərli mikroplastiklər buraxsa da, bu yeni material azot və fosfora - bitkilər və mikroorqanizmlər üçün faydalı maddələrə parçalanır. Lakin onların miqdarı çox olduqda, bu da təbiətə zərər verə bilər. Buna görə alimlər bu cür plastikin xüsusi zavodlarda emal edilməsini təklif edirlər - orada bu materialdan yenidən faydalı maddələr əldə etmək mümkün olacaq. Bununla belə, əgər plastik təsadüfən okeana düşərsə, adi plastiklə müqayisədə ətraf mühitə xeyli az zərər verəcək.
Mənbə: New Atlas
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Yeni plastik çirklənmə mənbəyi aşkar edilib
Araşdırmalar göstərir ki, mikroskopik plastik hissəcikləri artıq torpağa, havaya və su hövzələrinə nüfuz edib. Hətta insan orqanizmində və delfinlərin ağciyərlərində belə aşkar edilib. İndi alimlər daha bir gözlənilməz plastik çirklənmə mənbəyi tapıblar.

Elm & Texnologiya
Antarktikanın ən uzaq və əlçatmaz ərazilərində mikroplastik hissəciklərə rast gəlinib
Aparılmış yeni araşdırma çərçivəsində alimlər Antarktikanın ən uzaq bölgələrində mikroplastik hissəciklər aşkar ediblər. Bu da Yer üzündə artıq tam təmiz qalmış heç bir yerin olmadığını göstərir.

Elm & Texnologiya
Alimlər ilk dəfə mikroplastik hissəciklərin damarlarda hərəkətlərini vizual şəkildə izləyiblər
İnsanlar plastik materialları istehsal etməyə başladıqdan bəri 150 ildən çox vaxt keçib və bu müddət ərzində plastik materiallar planetimizi əhatə edərək əsas çirkləndiricilərdən birinə çevriliblər. Əvvəlki tədqiqatlar göstərib ki, çox kiçik plastik hissəciklər su, hava, torpaq və hətta canlı orqanizmlərin bədənlərində aşkar edilib.

Elm & Texnologiya
Un böcəyi sürfələrinin plastik materialı emal edə bildikləri məlum olub
Alimlərin sözlərinə əsasən 10 illiklər ərzində plastik materiallardan istifadə planetimizdəki bütün canlılar üçün qaçılmaz nəticələrə səbəb olub.

Elm & Texnologiya
Bu il 200 milyon tondan çox plastik tullantı formalaşacaq
Tədqiqatçıların təqdim etmiş olduqları yeni hesabata əsasən insanlar bu il plastik tullantılar mövzusunda yeni rekorda imza atmağa hazırlaşırlar.
Ən çox oxunanlar

POCO F7 Pro və F7 Ultra flaqman smartfonları təqdim edilib - QİYMƏTİ
