main-post-cover

    Yeni qatlana bilən Huawei Mate Xs barəsində məlumatlar verilib

    Elm & Texnologiya
    20.02.2020
    Farid Pardashunas
        Huawei şirkətinin yeni qatlana bilən smartfon modeli olacaq Mate Xs-in təqdimatından öncə onun əsas özəllikləri barəsində məlumatlar verilib. Belə ki, smartfonun əsas özəllikləri barəsində məlumatları Teme ləqəbli insayder verib. Bu barədə 4pda saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən Mate Xs smartfonu Kirin 990 5G prosessoru vasitəsilə çalışacaq.
        Bu halda Mate Xs modeli dünyanın ilk 5G dəstəkli qatlana bilən smartfonu olacaq. Bundan əlavə olaraq gözləntilərə əsasən şirkət mühəndisləri keçən ilki Mate X-dən fərqli olaraq yeni Mate Xs-i təkmilləşdirilmiş şarnir konstruksiyası ilə təchiz edəcəklər. İnsayderin verdiyi məlumata əsasən Mate Xs-in ekranı Samsung tərəfindən istehsal olunacaq və tamamilə yeni qoruyucu örtüyə sahib olacaq.
        Məlumatda qeyd edilib ki, Mate Xs-in sahib olacağı daha bir özəllik ondan barət olacaq ki, smartfon 65 vatt gücündə sürətli SuperCharge şarj texnologiyasını dəstəkləyəcək. Heç istisna deyil ki, smartfonun batareya həcmi də yüksələcək. Huawei öz yeni qatlana bilən smartfon modelini 23 fevral tarixində təqdim etməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər