
Yeni qurğu uşaqların qadcetlərdən asılılığını məhdudlaşdıracaq
Elm & Texnologiya
04.09.2018
Bot
Uşaqların qadcetlərdən asılılığını məhdudlaşdırmağa kömək edəcək yeni qurğu təqdim edilib.
Technote.az bildirir ki, TechDen adlı qurğu bloklama stansiyası, eyni zamanda 26 santimetrədək diaqonallı ekrana malik 2 ədəd smartfon və ya planşet üçün anbardan ibarətdir.
Valideynlər iOS və ya Android əməliyyat sistemləri üçün xüsusi proqramı yükləməklə, uşaqların mobil qurğulardan gündəlik istifadəsini planlaşdırmaq imkanı əldə edirlər.
Bu plana uyğun olaraq, uşaqların hər biri öz qadcetindən müəyyən edilmiş vaxt ərzində istifadə edə bilər.
Ekranda əks olunan informasiya icazə seansının bitməsinə nə qədər vaxt qaldığı haqda uşağa məlumat verir.
Bununla yanaşı, valideynlər uşağın mobil qurğudan nə zaman və necə istifadə etdiyinə nəzarət edə, həmçinin onun istifadə tezliyini izləyə bilərlər.
Təyin edilmiş normativə müntəzəm olaraq, əməl edən uşaq valideynlərindən həvəsləndirici mükafat tələb etmək hüququna malikdir.
Hazırda qurğunu Kickstarter kraudfandinq (layihənin reallaşdırılması məqsədilə geniş kütlələrdən maliyyə cəlb olunması mexanizmi) platformasından 119 dollara əldə etmək mümkündür.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
