Logo
    main-post-cover

    Yeni seonsorlu BlackBerry Motion təqdim olundu

    Elm & Texnologiya
    09.10.2017
    Emil
    Keçən həftə biz, “BlackBerrynin yeni sensorlu modeli olan BlackBerry Motion haqqında xəbər vermişdik.
    İndi isə şirkət, rəsmi olaraq bu modeli təqdim edib. Yeni BlackBerry Motion modeli, plastik korpusa və IP67 standartlı sudan, tozdan qorunma özəlliyinə sahibdir. Texniki göstəricilərinə gəldikdə isə o, 5.5 inç Full HD ekran, Snapdragon 625 prosessoru, 4 GB RAM, 32 GB daxili yaddaş, 4000 mAh enerji tutumlu batareya (Quick Charge 3.0 sürətli enerji yığma funksiyalı), 12 MP-lik arxa və 8 MP-lik ön kamera ilə təchiz olunub.

    Smartfon, Android 7.1 sistem əməliyyatı vasitəsilə çalışır, lakin 2018-ci ildə Android 8.0 versiyasına kimi yenilənəcək. Smartfonu artıq Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistan bazarında ön sifariş etmək olar. Birinci regionda onun qiyməti 462$, ikinci regionda isə 453$ təşkil edəcək. Smartfonun qlobal bazarda satışa nə zaman çıxması barəsində isə heç bir məlumat yoxdur.
    Paylaş
    Bənzər xəbərlər