main-post-cover

    Yeni smartfonlarda niyə qulaqlıq girişi yoxdur?

    Elm & Texnologiya
    04.08.2021
    Farid Pardashunas
        Smartfon istehsalı hər 3-4 ildə bir inqilabi dəyişiklik keçirir. Son illərdə baş verən ən böyük dəyişiklik isə artıq smartfonlarda qulaqlıq girişi dediyimiz jack portunun ləğv edilməsi oldu. Bir çox smartfon istehsalçısı yeni smartfonlarda qulaqlıq girişindən istifadə etmir. Bəs bu dəyişikliyə nə səbəb oldu? İstifadəçilər artıq qulaqlıq girişini istifadə etmir? Gəlin bu sualları cavablayaq.
        Jack portu və ya qulaqlıq girişi artıq smartfonlarda nadir görünən bir özəlliyə çevrilib. Əvvəllər bütün smartfonlarda olan bu giriş indi demək olar ki, çox az smartfon modelində mövcuddur. Əslində isə smartfon istehsalçılarının qulaqlıq girişini ləğv etməsinin bir neçə səbəbi var.
        Bu səbəblərdən biri mobil prosessor və smartfon ekranlarının çox sürətlə inkişaf etməsidir. Smartfonun əsas hissələrindən hesab edilən bu 2 komponent təkmilləşdikcə cihazlar daha çox enerji istifadə etməyə başladı. Smartfon istehsalçıları da bu səbəbdən batareyaları daha da böyütməyə məcbur oldular.
        Lakin batareyaların böyüməsi demək smartfonun da qalınlaşması demədikdir. Buna görə də bu üsul heç də əlverişli deyildi. Çünki istifadəçilər artıq qalın və ağır smartfonlar istəmir, daha incə modellər tələb edirdi.
        Smartfon markaları da daha uzun batareya yerləşdirməyi düşünməyə başladılar. Bunum üçün də smartfon gövdəsində ləğv edilməsi ən mümkün hissə qulaqlıq girişi idi. Qulaqlıq girişi ləğv edildiyi üçün daha kompakt ana platalar hazırlanması mümkün olurdu və batareyalara daha çox yer qalırdı. Hər nə qədər qulaqlıq girişini indiki vaxtlara qədər ən uzun istifadə edən Samsung şirkəti olsa da artıq onlar da yeni smartfonlarında qulaqlıq girişindən istifadə etmirlər.
        Qulaqlıq girişinin ləğv edilməsinin bir digər səbəbi də smartfonların suya və toza qarşı dayanıqlılığını artırmaq idi. Beləki qulaqlıq girişi smartfonun kənar təsirlərə qarşı ən həssas nöqtəsi idi. Toz, maye kimi kənar maddələr asanlıqla bu girişdən telefona nüfuz edə bilirdi. Artıq smartfonlarda IP67, IP68 kimi suya və toza qarşı dayanıqlılıq sertifikatlarının daha çox tələb görməsi də smartfon markalarının qulaqlıq girişini ləğv etməsi üçün bir başqa səbəb oldu.
        Bəs sizcə bu addım doğrudur? Qulaqlıq girişləri üçün darıxırsınız yoxsa artıq dövr naqilsiz qulaqlıq dövrüdür? Fikirlərinizi bizimlə rəylərdə bölüşməyi unutmayın. Daha çox faydalı və texnoloji məlumat üçün isə bizim Youtube kanalımza abunə olun və bildirişləri açın ki, texnoloji məlumat olanda ilk xəbərdar siz olasınız.
    Linki kopyala