main-post-cover

    Yeni Spectacles təqdim olundu

    Elm & Texnologiya
    27.04.2018
    Orxan Oguz
        Son aylarda çətin günlər keçirən Snapchat sosial şəbəkəsi əvvəlki günlərini geri qaytarmaq istəyir. Ötən il Spactacles adlandırdığı eynəyi bazara çıxaran Snapchat-ın sahibi Snap şirkəti indi də həmin eynəyin yeni versiyasını təqdim edib. Yeni eynək əvvəlki versiyaya görə bəzi yenilikləri özündə birləşdirir. Əvvəla qeyd edək ki, Spactacles eynəyi dizayn baxımından əvvəlki ilə çox az fərqlənir. Əsas fərq texniki xüsusiyyətlərdədir. Kamerası ilə 10 saniyəlik video çəkə bilən eynəyin əldə etdiyi video keyfiyyəti 1.088x1088 piksel əvəzinə, 1216x1.216 pikselə qədər artıb. Eynəklə artıq şəkil də çəkmək olur. Foto keyfiyyəti isə 1642 pikseldir. Üstündə cüt mikrofon yerləşdirilən smart eynək Wi-Fi texnologiyasının köməyilə çəkdiyi görüntüləri Snapchat-a yerləşdirə bilir. Eynək, eyni zamanda su keçirmir və müəyyən dərinliyə qədər suyun altında da işləyir. Birinci versiyasının qiyməti 130 dollar idi. Yeni eynək isə bazarda 150 dollara satışa çıxarılıb. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər