Yeni Toyota Prado Bakıda təqdim olundu
13.11.2017
Farid Pardashunas
65 illik geniş yolsuzluq mirası sayəsində Land Cruiser keyfiyyəti, davamlılığı, etibarlılığı və rəqibsiz yolsuzluq performansı və yüksəkkeyfiyyətli rahatlığı ilə öz sinfində unikaldır.
DÜNYANIN 190-DAN ÇOX ÖLKƏSİNDƏ mövcud Toyota modelləri içində,
Land Cruiser öz yolsuzluq göstəricilərinə görə insanlar arasında ən güclü və ən
etibarlı “4x4”lərdən biri kimi ön plana çıxmış, Avropanın 10-dan çox ölkəsində
öz sinfinin lideri olmuşdur.
Yeni Land Cruiser daha müasir, möhkəm və yeni xarici görünüşü, bununla
yanaşı, daha da inkişaf etmiş, rahat və yüksəkkeyfiyyətli interyer dizaynı,
həmçinin, adi yolda və yolsuzluq şəraitindəki qabiliyyətlərinin təkmilləşdirilməsi
sayəsində öz etibarını daha da artırır.
Erqonomik və rahatlığı ilə seçilən sürətlər qutusu və yeni quruluşlu cihazlar
paneli özündə 8 düym olan Toyota Touch® 2 multi-media sistemi, Optitron
spidometri, 4,2 dyümlük multi-informasiya displeyini birləşdirir.
Maşının içindəki rahatlıq ön oturacaqlardakı ventilyasiya, arxa oturacaqların
qızdırılması, avtomatik klimat-kontrol və yeni smart açar sayəsində daha da
artırılıb.
Land Cruiser-in əvəzolunmaz yolsuzluq qabiliyyətinin sirri, yüksək dayanıqlı,
deformasiyaya davamlı xüsusiyyətləri ilə yanaşı sinfində özünəməxsus bir
quruluş, həmçinin, sürücülərə təklif olunan idarəetmə və texniki dəstək səviyyəsinin
birləşməsidir.
Yeni Land Cruiser-in yolsuzluq qabiliyyətləri üç arxa diferensial seçimi
sayəsində daha da genişlənmişdir — açıq, qapalı və ya yeni Torsen Yüksək
Sürtünmə Diferensialı (YSD).
Dairəvi-görüntü Seçmə Sistemi (DGS), 5-pilləli Yolsuzluq Şəraitində İdarəetməyə
Kömək Sistemini avotmatik aktivləşdirən AVTO rejimin əlavə edilməsilə
inkişaf etdirilib. Bundan başqa Dairəvi-görüntü Monitorunun funksiyaları Alt görüntü, Ön hissə görüntüsü, Panoramik görüntü və Geniş Arxa görüntüsü
displeyi əlavə edilməklə artırılıb.
DAHA DİNAMİK, MÜASİR VƏ MÖHKƏM TƏRZ
— Modelin unikal dizayn irsindən ilhamlanmış yeni ön dizaynı
— Praktiklik, Davamlılıq və Bacarıqlılığın əsas güclü tərəflərinin saxlanılması
— Modelin yolsuzluq bacarıqlarını təmin edən «funksiyalara uyğun forma»
dizaynı
Uğurlu Land Cruiser nəsillərinin xarici görünüşü özündə əsl 4x4 maşından
gözlənilən davamlılığı və gücü əks etdirən möhkəm görüntüsünü və istənilən
yolsuzluq şəraitində özünü evdəki kimi hiss etdirən dəbli estetikanı birləşdirir.
Yeni Land Cruiser-in ümumi uzunluğu 60 mm artırılmaqla 4,840 mm olmuşdur.
Yalnız 5,8 metrlik minimum dönmə dairəsi ilə müstəsna manevr qabiliyyətinə
malikdir.
Yeni dizayn edilmiş kapot, radiator qəfəsi, işıqlar, ön bamper və qoruyucular ilə
Land Cruiser-in önü özünəməxsus dizayn irsindən bir neçə elementi özündə
əks etdirir.
Yeni Land Cruiser 10 rəngdə mövcuddur, o cümlədən iki yeni rəngdə —
“Midnight Emerald Blue” və “Avant-Garde Bronze Metallic”.
YÜKSƏKKEYFİYYƏTLİ İNTERYER
— Sürücü paneli, mərkəzi konsol və sükanın yenilənmiş dizaynı
— Salonun daha zərif, premium keyfiyyətli üzlənməsi və dizaynı
YENİ LAND CRUİSER-İN İNTERYERİ sürücü paneli və mərkəzi konsolu özünə
daxil edən təkmilləşdirilmiş cihazlar panelinə malikdir. O, özündə daha yaxşı
funksionallığı yüksəkkeyfiyyətli yolsuzluq avtomobilinə uyğun zərif dizaynı
birləşdirir.
Sükanın özü də yenilənib və indi Land Cruiser V8 modelləri ilə eynidir.
Yeni Land Cruiser-in interyeri iki rəng sxeminə malikdir — qara və yeni premium
bej rəngi. Salonun üzlənməsi və dizaynı onun premium görünüşünü tamamlayır,
gümüşü rəngi mərkəzi konsolun rənginə uyğunlaşdırılıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək