main-post-cover

    Yeni Toyota Prius təqdim edilib

    Elm & Texnologiya
    16.11.2022
    Emil Nəcəfov
        Toyota şirkəti yeni Prius-u təqdim edib. Təqdim edilmiş yeni Toyota Prius modeli GA-C adlı yeni platformaya keçid edib, yeni dizayn əldə edib və əvvəlki Prius modellərindən fərqli olaraq daha texnoloji olub. Avtomobil iki versiyada təqdim edilib. Onlardan biri ənənəvi hibrid (HEV), digəri isə plug-in hibriddir (PHEV). HEV versiya iki ədəd benzin mühərrik ilə təchiz olunub. Alıcı öz istəyinə uyğun olaraq 1.8 litr həcmli və ya 2 litr həcmli mühərriklərə sahib HEV versiyanı seçə bilər. 2 ədəd benzin mühərrik ümumilikdə 190 at gücünə sahibdir. PHEV versiyaya gəldikdə isə o da iki ədəd mühərrik ilə təchiz olunub.
        Onlardan biri 148 at gücündə olan 2 litr həcmli benzinli mühərrik, digəri isə 160 at gücündə olan elektrikli mühərrikdir. PHEV versiya saatda 100 km sürəti 6.7 saniyəyə yığır və onda olan Günəş panelləri avtomobilin il ərzində ortalama 1250 km yol qətt etməsini təmin edir. 5 qapılı kupe olan yeni Toyota Prius modeli 19 düym ölçülü təkər disklərinə sahibdir. Bununla belə avtomobilin sahib olduğu yeni aerodinamik forma yanacaq sərfiyyatı ilə CO2 tullantılarının aşağı salınması üçün nəzərdə tutulub. Bundan əlavə olaraq avtomobilin kuzovu 50 mm daha aşağı endirilib, uzunluğu 46 mm qısalıb, eni isə 22 mm genişlənib. Bunun sayəsində avtomobilin salonu daha genişdir. Yeni Toyota Prius-un satışlarına gələn ay start veriləcək. Onun qiyməti barəsində məlumat isə daha sonra veriləcək.
    Linki kopyala