Yeni ultrabüdcəli smartfon modeli Redmi 8A Dual təqdim olundu

Yeni ultrabüdcəli smartfon modeli Redmi 8A Dual təqdim olundu

Texnologiya
11.02.2020 PAYLAŞIM

    Redmi brendi Hindistanda keçirtdiyi təqdimat tədbiri çərçivəsində özünün yeni ultrabüdcəli smartfon modeli olan Redmi 8A Dual-ı təqdim etdi. Bu smartfon Redmi 8A-nın daha təkmilləşdirilmiş versiyasıdır. Ultrabüdcəli qiymət seqmentində təqdim edilmiş yeni Redmi 8A Dual smartfonunun özəllikləri sırasında Snapdragon prosessoru və sürətli şarj texnologiyasına sahib yüksək həcmli batareya var. Redmi 8A Dual modeli HD+ keyfiyyətli 6.22 düym ekrana sahibdir. Ekranın özü isə Gorilla Glass 5 qoruyucu şüşəsi əhatə olunub.


    Bununla yanaşı ekranın yuxarı hissəsinin mərkəzində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı yerləşdirilib. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli Snapdragon 439 prosessoru, Adreno 505 qrafik sürətləndirici, 2/3 GB RAM, 32 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 13 MP (f/2.2 diafraqmalı) + 2 MP (f/2.4 diafraqmalı) ikili arxa kamera, 8 MP (f/2.0 diafraqmalı) ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon MIUI 11 interfeysli Android 9 Pie əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon 18 fevral tarixində satışa çıxacaq. 2 GB RAM-a sahib model 91$-a, 3 GB RAM-a sahib model isə 98$-a satılacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram-da yeni funksiya - Fake profillərlə təqib bloklanacaq (VİDEO)

Instagram-a gələcək Limits adlı funksiya ilə fake profil yaradaraq başqalarını söymək və təqib etmək..


Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Rüb hesabatlarının təqdim olunması zamanı Tesla-nın CEO-su Elon Musk digər böyük texnoloji şirkəti ə..


Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək ..

Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Laki..


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..

×