Yeni virus özünü Android tətbiqi kimi aparır və WhatsApp ismarışlarını oxuyur

Yeni virus özünü Android tətbiqi kimi aparır və WhatsApp ismarışlarını oxuyur

Texnologiya
17.01.2018 PAYLAŞIM

“Kaspersky Lab.”ın təhlükəsizlik üzrə xidməti yeni növ zərərli proqram təminatı aşkar edib.

Aşkar edilmiş yeni zərərli proqram təminatı Android smartfonu izləmək bacarığına sahibdir. Məlumata əsasən zərərli proqram təminatı Skygofree adlanır və saxta mobil operator saytlarından yüklənmiş tətbiqlər kimi özünü təqdim edir. Zərərli proqram təminatı mobil internetin sürətini artırmağı söz verir. Lakin yüklədikdən sonra istifadəçiyə ciddi ziyan vura bilər. Onların arasında isə aşağıdakılar var:

- Cihazın olduğu yeri təyin etmək və 3-cü şəxslərin sorğusu əsasında səsin yazılması


- Wi-Fi şəbəkəyə qoşulu vəziyyətdə məlumatların yığılması və analizi (yazılan şifrələr və brauzer tarixçəsi)

- Accessibility Services vasitəsilə WhatsApp ismarışlarının oxunması

- Hər dəfə smartfonu blokdan çıxardanda ön kamera vasitəsilə foto çəkilişi

- Zənglərin, SMS ismarışların, təqvim yazılarının və digər istifadəçi məlumatlarının ələ keçirilməsi.

Xoşbəxtlikdən bu zərərli proqram təminatı çox cihazları əhatə etməyəcək. Belə ki, son versiya Android-lər Skygofree-nin smartfonu ələ keçirməsinə imkan vermir. Buna baxmayaraq mənşəyini bilmədiyiniz saytlardan tətbiq yükləməməyi məsləhət görürük.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk, Tesla-nın 5-ci səviyyəli avtopilot sisteminin nə zaman istifadəyə ver..

Bir neçə gün bundan öncə baş tutmuş Tesla Battery Day 2020 tədbiri çərçivəsində Elon Musk şirkətin p..


Tədqiqatçılar kiçik ölçüdə olan şüşə üzərinə 75.6 TB həcmdə məlumat yaza biliblə..

İnsan tərəfindən generasiya olunan rəqəmsal məlumatın sayı yüksək temp ilə artır. Lakin məlumatların..


AMD təsdiqlədi: Yeni RX 6000 seriyalı videokartlar Nvidia RTX 3000 kimi stok pro..

AMD rəsmisi olan Frank Azor-un verdiyi məlumata görə yeni RX 6000 videokartlarında stok problemi olm..


Microsoft şirkəti yeni Edge brauzerində edilən optimizasiyalar haqqında məlumat ..

Microsoft şirkəti Edge brauzerində etdiyi optimizasiyalar haqqında məlumat verib.


Elon Musk, Tesla Model S-in Plaid adlı təkmilləşdirilmiş versiyasını təqdim edib..

Elon Musk, Tesla Model S elektromobilinin yeni təkmilləşdirilmiş versiyası olan Model S Plaid-i təqd..


Tesla yaxın zamanda özünün istehsalı olan yeni növ batareyalara keçid edəcək..

Tesla-nın aktual olan elektromobilləri Panasonic istehsalı olan batareyalar ilə təchiz olunurlar. La..

×