Yeni 'Xiaomi Mi Notebook Air' haqqında ilkin məlumatlar sızdırıldı
12.06.2017
Orxan Jafarli
Yeni Xiaomi Mi
Notebook Air sızdırıldı!
Yenilənən xüsusiyyətləri ilə qarşımıza çıxacaq olan 'Xiaomi Mi Notebook Air`in görüntüləri
sızdırıldı. Sızdırılan detallar ilə birlikdə yenilənən "Xiaomi Mi Notebook Air" olduqca iddialı gəlir!
Yenilənən Xiaomi Mi
Notebook Air haqqında söz-söhbətlər gəlməyə davam edir. Bu gün sızdırılan
vizuallar ilə birlikdə 13.3 düymlük ölçüsü
ilə Xiaomi'nin yeni notebook'un görüntüləri
sızdırıldı.
Xiaomi, yeni notebooku ilə istifadəçilərin könlünü fəth etməyi
planlaşdırır. Bu il istifadəçilərin qarşısına sinifinə görə iddialı bir
notebook ilə çıxacaq olan texnologiya nəhəngi, rəqibləri ilə möhkəm bir rəqabətə girməyə hazırlanır.
Xatırlayacağınız üzrə Xiaomi, dekabr ayında 4G dəstəkli 13.3 düymlük bir notebook satışa
təqdim etmişdi. İndi isə yenilənən xüsusiyyətləri ilə təkrardan qarşımıza çıxacaq olan
texnologiya nəhəngi 13.3 düymlük notebook`u ilə diqqətləri üzərində toplayacaq.
Sızdırılan vizuallara baxacaq olsaq, yeni notebookda "trackpad"ın sağ üst küncünə yerləşdirilmiş halda gələcək bir barmaq izi skanı olacaq. Təhlükəsizlik mövzusunda olduqca keyfiyyətli bir təcrübə təqdim
edəcək olan Xiaomi, yeni notebookda 7.
nəsil Core i5-7200U prosessorundan istifadə edəcək. Yeni nəsil prosessorun
sürəti isə 3.1 GHz olduğunu da qeyd edək.
Yenilənən xüsusiyyətləri ilə satışa təqdim ediləcək olan
notebookda GeForce MX150 ekran kartı
da var. Həm dizaynı həm xüsusiyyətləri ilə diqqətləri üzərinə toplayacaq olan
yeni Xiaomi Notebook Air, istifadəçilər
üçün gözəl bir seçim olacaq.
GeForce MX150
ekran kartından söz etsək, MX150, Nvidia`nın
daxili səviyyəsi Pascal notebook prosessorudur və 940MX'ə müqayisədə watt başına üç qat daha yaxşı bir performans təqdim
edir.
Xiaomi Mi
Notebook Air, 8 GB RAM, 128 və 256
GB-lıq daxili yaddaş sahəsi seçimləri ilə texnologiya mağazalarındakı
yerini alacaq.
Yeni Mi Notebook Air'in nə vaxt satışa
çıxacağı haqqında dəqiq məlumat yoxdur. Ancaq yenilənən 13.3 düymlük Notebook, 735 dollar ilə 805 dollar arasında bir qiymət etiketi ilə satışa təqdim edilməsi
gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ