
Yenicə satışa çıxmış GeForce RTX 5090 videokartlarında problemlər yaşanır
Elm & Texnologiya
05.02.2025
Emil
Yenicə satışa çıxmış NVIDIA RTX 5090 videokart seriyasına daxil olan videokart modelləri ciddi problemlərlə üzləşiblər. İstifadəçilər bildirirlər ki, bu yeni videokartları quraşdırdıqdan sonra onların kompüterləri bu videokartları tanımır. Problem əsasən Çin bazarı üçün nəzərdə tutulmuş RTX 5090D modellərini əhatə edir. Lakin bəzi hallarda standart RTX 5090 modellərində də eyni problem müşahidə olunub.

2000$-dan baha qiymətə satılan bu videokartlar 30 yanvar tarixində satışa çıxarılıb və sürətlə tükənib. Lakin videokartların kompüterlərə quraşdırılmasından qısa müddət sonra istifadəçilərin ekranları qaralmağa və kompüterlər bu qrafik prosessorları tanımamağa başlayıb. Çindəki Chiphell, Bilibili və Tieba Baidu forumlarında bu problemlə bağlı çoxsaylı şikayətlər yayılıb. Əsas istehsalçılar olan Colorful və Manli şirkətləri diqqət mərkəzinə düşüblər.

Lakin GIGABYTE modelləri ilə bağlı da oxşar problemlər bildirilib. Bundan əlavə, ASUS tərəfindən istehsal olunan adi RTX 5090 modellərində də eyni problemlər müşahidə olunub. Bəzi istifadəçilər müvəqqəti həll yolu olaraq PCIe 5.0 rejimini 4.0-a dəyişməyi tövsiyə edirlər, lakin bu, problemin tam həllini təmin etmir. NVIDIA hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib və bir çox istifadəçi videokartları mağazalara geri qaytarmağı düşünür.
Mənbə: Wccftech
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
