Yenilənmədən sonra Whatsapp smartfonların enerjilərini sürətli şəkildə aşağı salır

Yenilənmədən sonra Whatsapp smartfonların enerjilərini sürətli şəkildə aşağı salır

Texnologiya
14.11.2019 PAYLAŞIM

    Bir neçə müddət bundan öncə Whatsapp tərtibatçıları messenceri yeniləmişdilər. Həmin yenilənmədən sonra messencer istifadəçilərindən çoxlu sayda şikayətlər gəlməyə başladı. Belə ki, messencerin 2.19.325 versiyasına kimi yenilənməsindən sonra tətbiq smartfonların enerjilərini sürətli şəkildə aşağı salmağa başladı. Bu barədə Phonearena saytı xəbər verib. İstifadəçilər bu barədə Reddit-də və Google Play-də qeyd ediblər.

    Sözügedən problem ilə artıq Samsung, OnePlus, Xiaomi Google smartfonlarının istifadəçiləri qarşılaşıblar. Bura həmçinin Galaxy S10e, Galaxy S9, Google Pixel 3, Pixel 4, OnePlus 6, Redmi Note 5 Pro və s. smartfon modelləri daxildirlər. İstifadəçilərdən birinin sözlərinə əsasən onun smartfondakı məlumatına əsasən Whatsapp-dan 1.5 saat istifadə olunub.

    Halbuki messencerdən sadəcə bir neçə dəqiqəlik istifadə olunmuşdu. Digər bir smartfonda isə Whatsapp fon rejimində smartfon enerjsini 79%-dən 19%-ə endirib. Digər istifadəçilərdə isə messencer smartfon enerjsinin 30%-ni sürətli şəkildə sərf edir. Bu hətta istifadəçinin sadəcə olaraq bir neçə mesaja cavab verməsi halında da baş verir. Bu problemi aradan qaldırmaq üçün messenceri silib yenidən yazmaq və ya messencerin əvvəlki versiyası olan 2.19.291-ə geri dönüş etmək lazımdır.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Satılmış 1 milyon Galaxy Fold məlumatı təkzib olundu

Dünən xəbər verilmişdi ki, Samsung şirkəti artıq bütün dünya üzrə 1 milyon ədəd qatlana bilən Galaxy..


ABŞ ilə Çin razılığa gəldilər: Apple məhsullarının qiymətlərində artım olmayacaq..

ABŞ və Çin hökumətləri öz aralarında ilkin ticarət razılaşmasını əldə ediblər.


Smartfon bazarının lideri Samsung-dur: Lakin Huawei öz rəqibinə artıq çox yaxınd..

2019-cu il hələ sona çatmasa da Strategy Analytics şirkəti bu ilin yekun nəticələri vasitəsilə smart..


Kirin 990-dan 50% daha güclü: Huawei Kirin 1020 prosessoru barəsində ilkin məlum..

Baxmayaraq ki, Huawei şirkətinin Kirin 990 prosessoru hələ sentyabr ayında təqdim edilmişdi, artıq o..


Windows 10 ilə artıq telefon zənglərini komputer üzərindən cavablamaq mümkündür..

Windows 10 əməliyyat sisteminin Your Phone tətbiqi vasitəsilə artıq Android telefonlara gələn zənglə..


Uşaqların təhlükəsizlikləri üçün olan funksiya iOS 13.3-də düzgün çalışmır..

Apple şirkəti dəfələrlə iOS əməliyyat sisteminin təhlükəsizliyi barəsində danışıb.