Yenilənmiş Chrome brauzeri RAM-dan daha az həcmdə istifadə edir

Yenilənmiş Chrome brauzeri RAM-dan daha az həcmdə istifadə edir

Texnologiya
12.03.2021 PAYLAŞIM

    Google təmsilçilərinin sözlərinə əsasən tərtibatçılar Chrome brauzerinin RAM-a yüklənmə səviyyəsini aşağı salmağı bacarıblar. Belə ki, Chrome-un yeni versiyası daha az RAM göstəricisindən istifadə edir. Bununla belə təkmilləşdirilmiş alqoritm brauzerin bir sıra versiyasında aktualdır. Yenilənmiş Chrome-un effektivliyinin sirri ondan ibarətdir ki, o özünün genişləndirilmiş yaddaş paylama sistemindən istifadə edir. Beləliklə Windows üçün olan Chrome 89 versiyasında RAM-dan istifadəyə qənaət 22% təşkil edir.

    Bununla belə renderinq prosesi zamanı brauzerin kompüterə yüklənməsi 8%, qrafik prosessorun resurslarından istifadə isə 3% aşağı düşüb. Bundan əlavə olaraq brauzerin əmrlərə reaksiyası 9% daha sürətli olub. Chrome-un yeni versiyasında açılmış hər bir yeni qovluq 20% daha az RAM göstəricisindən istifadə edir. Google buna nail olmaq üçün arxa fonda olan qovluqların dondurulması funksiyasından istifadə edib. Tərtibatçılar bildiriblər ki, onlar həmçinin Mac kompüterləri üçün olan Chrome versiyasının enerji effektivliyini təkmilləşdiriblər.


    Bunun hesabına MacBook-da olan soyutma sistemi nadir hallarda işə düşür. Bu isə öz növbəsində MacBook-un bir dəfə şarj olunandan sonra daha uzun müddət çalışmasına imkan verir. Android istifadəçilərinə gəldikdə isə onları 7.5% sürətləşdirilmiş giriş prosesi, 2% sürətləndirilmiş səhifə renderinqi və 5% optimizasiya edilmiş RAM istifadəsi gözləyir. 8 GB-dan aşağı olmayan RAM ilə təchiz olunmuş smartfonların istifadəçiləri brauzerin daha stabil çalışması imkanından yararlana bilərlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik Apple şirkətinin ilk AR cihazı barəsində yeni məlumatlar verib..

Məşhur analitik Ming-Chi Kuo-nun yeni hesabatına əsasən Apple şirkətinin AR cihaz (Artırılmış Reallı..


AR texnologiyasının yaradıcısı metakainatı sosial şəbəkələrdən daha təhlükəli he..

Metakainatların (metaverse) yaradılmasının hansı nəticələrə gətirib çıxaracağını öncədən proqnozlaşd..


Apple-dan sonra Xiaomi də öz cihazlarının istifadəçilər tərəfindən fərdi təmir x..

Apple şirkətindən sonra texniki məhsulların istifadəçilər tərəfindən fərdi şəkildə təmir imkanını Xi..


Yeni daşınıla bilən cihaz yüksək dozada narkotik vasitənin qəbulu halında insan ..

Nalokson adlı dərman preparatı heroin və ya digər opioid növlərinin yüksək dozada qəbulu nəticəsində..


Qualcomm bundan sonra öz prosessorlarını fərqli tərzdə adlandıracaq

Qualcomm şirkəti yeni flaqman prosessorunun təqdimat tarixini təsdiqləməklə yanaşı öz məhsullarının ..


Amerikalı alimlər sümüklərə inteqrasiya edilən naqilsiz mikrokompüterlər yaradıb..

Arizona Universitetinin tədqiqatçıları naqilsiz ultranazik cihazlar yaradıblar.

×