Yer kürəsi, çox yaxında "2 ədəd Ay"a sahib olacaq!
Elm & Texnologiya
20.09.2024
Farid Pardashunas
2024 PT5 adlandırılan yeni bir asteroid, qısa müddətlik də olsa Yer kürəsinin ikinci peyki olacaq.
Yer kürəsi, bu ay qısa müddətlik də olsa ikinci bir "Ay"a sahib olacaq. Bu yeni "mini Ay" əslində 2024 PT5 adlı kiçik bir asteroiddir. Bu asteroid, yalnız 2 ay ərzində Yer ətrafında qalacaq və sonra Günəşin orbitində hərəkət etməyə davam edəcək. Bu hadisə, Yerin milyardlarla ildir tək təbii peyki olan Ayın əksinə, olduqca keçici bir təbiətə sahibdir. Mini Ay hadisələri üzrə ixtisaslaşmış alimlər, 2024 PT5-in Yerin cazibə sahəsinə girəcəyi bu qısa müddətli keçici hadisəni müəyyən ediblər. Madriddə yerləşən Universidad Complutense-in professoru və tədqiqatın baş müəllifi Carlos de la Fuente Marcos, 2024 PT5-in "Arjuna asteroid kəməri" adı verilən və Yerin yaxın orbitlərində dolaşan asteroidlərdən biri olduğunu qeyd edib.
Bu kəmərdəki asteroidlər, adətən Yerə təxminən 4.5 milyon km məsafəyə qədər yaxınlaşır və saatda 3540 km kimi nisbətən aşağı sürətlə hərəkət edirlər. Bu şərtlər altında asteroidlər, qısa müddətlik olaraq Yerin peyki kimi davranır. Mini Ay hadisələri 2 cür olur. Birincisi, asteroidin Yerin ətrafında bir və ya daha çox dövr etdiyi və bir neçə il davam edən uzunmüddətli hadisələrdir. İkinci növ isə, 2024 PT5-də olduğu kimi, asteroidin tam dövr etmədiyi və yalnız günlər, həftələr və ya bir neçə ay davam edən qısa müddətli qarşılıqlı təsirlərdir. 2024 PT5-in bu müddətdə Yerin ətrafında tam bir orbit çəkməyəcəyi, lakin keçici bir peyk olaraq qalacağı qeyd olunur.
Qısa mini Ay hadisələri, yəni kiçik bir cismin müvəqqəti olaraq Yerin cazibəsi altında qalması, hər 10 ildə bir neçə dəfə baş verə bilir. Uzunmüddətli hadisələr isə çox nadirdir və hər 20 ildən bir yaşanır. Bu keçici peyklər, Günəşin cazibə təsiri nəticəsində nəhayət Yerin orbitindən ayrılırlar. 2024 PT5 də 2 aylıq "qonaqlıq"dan sonra Arjuna asteroid kəmərinə geri qayıdacaq. Təəssüf ki, 2024 PT5 kosmosa marağı olan çoxları üçün izlənə bilməyəcək qədər kiçik və solğun olacaq. Professional astronomlar isə bu asteroidi müşahidə etmək üçün ən azı 30 düymlük teleskoplara ehtiyac duyacaqlar. Marcos və komandası, bu mini Ayın təbiətini daha yaxşı anlamaq üçün spektroskopik və fotometrik müşahidələr aparmağı planlaşdırırlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Ay torpağından oksigen çıxara bilən vasitə hazırlanıb!
Ay torpağından oksigen çıxara bilən vasitə hazırlanıb!
Sierra Space, NASA-nın Johnson Kosmik Mərkəzində Ay torpağından ilk avtomatlaşdırılmış oksigen çıxarma prosesini həyata keçirib. Bu tarixi inkişaf, Ayda qurulacaq yaşayış yerləri üçün böyük əhəmiyyət kəsb edir.
Ayın qaranlıq tərəfindən əldə edilmiş süxur nümunələri digərlərindən fərqlənir
Ayın qaranlıq tərəfindən əldə edilmiş süxur nümunələri digərlərindən fərqlənir
Çinin Chang'e-6 adlı aparatı Ayın qaranlıq tərəfindən yığılmış süxur nümunələrini iyun ayının sonunda uğurlu şəkildə Yer kürəsinə çatdırmışdı.
Kosmosun qoxusu nəyə bənzəyir?
Kosmosun qoxusu nəyə bənzəyir?
“Kosmosun qoxusu nəyə bənzəyir?” sualı uzun illərdir maraq doğurur. Sual bir neçə dəfə və müxtəlif astronavtların şərhləri ilə müzakirə olunan mövzuya çevrilib. Ancaq bir müddətdir Beynəlxalq Kosmik Stansiyada qapalı qalan 2 astronavt bu məsələ ilə bağlı aktual şərhlərini paylaşıb.
Yer kürəsinin "yaşamaq üçün əlverişli bir planet" olduğu təsdiqlənib!
Yer kürəsinin "yaşamaq üçün əlverişli bir planet" olduğu təsdiqlənib!
Yupiterin peyklərində həyat axtarışına başlayan Juice adlı kosmik gəmi, üzərindəki alətləri ilə Yerin yaşamaq üçün əlverişli olduğunu təsdiqləyib.
Yeni araşdırmalara görə, Yer kürəsi bir vaxtlar Saturn planeti kimi görünmüş ola bilər!
Yeni araşdırmalara görə, Yer kürəsi bir vaxtlar Saturn planeti kimi görünmüş ola bilər!
Saturnun halqaları planetin ən simvolik xüsusiyyətlərindən biridir. Bir müddət əvvəl aparılan yeni araşdırmalara görə, Yer kürəsinin də bir zamanlar Saturn kimi halqaları ola bilərmiş.
Həftənin xəbərləri
Süni intellekt önümüzdəki 10 il ərzində yox olacaq peşələri açıqlayıb!
iPhone 16 Pro Max-ın maya dəyəri məlum olub