Yer kürəsinin orbitində ilk kosmik hotelin inşasına start veriləcək (VİDEO)

Yer kürəsinin orbitində ilk kosmik hotelin inşasına start veriləcək (VİDEO)

Texnologiya
03.03.2021 PAYLAŞIM

    Orbital Assembly Corporation şirkəti dünyanın ilk kosmik hotelinin inşasının tarixini elan edib. İlk kosmik hotel Voyager Station adlanacaq. Bu barədə Daily Mail saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən Yer kürəsinin orbitində hotelin inşasına 2025-ci ildə start veriləcək. Plana əsasən layihə 2027-ci ildə yekunlaşdırılmalıdır. Sözügedən hotel kapsullardan ibarət halqa formasında olacaq. Kapsulların daxilində restoranlar, kinoteatrlar, spa salonları, idman zalları və 400 nəfər üçün nəzərdə tutulmuş turistik otaqlar inşa ediləcək.


    Şirkət həmçinin hotel daxilində astronavtların müddətli yaşamaları üçün nəzərdə tutulmuş xüsusi otaqlar, suyun və havanın saxlanması üçün kapsullar da inşa etməyi planlaşdırır. Bu cür otaqlar ya icarəyə veriləcək ya da dövlət və özəl şirkətlərə satılacaq. Təbii ki, şirkət kosmik hotelin inşasının və orda bir gecə qalmağın hansı qiymətə başa gələcəyi barəsində məlumat verməyib. O sadəcə olaraq bildirib ki, çoxistifadəli Falcon 9 raketləri vasitəsilə inşaya xərclənəcək vəsait qat-qat azalıb. Qeyd etmək lazımdır ki, Falcon 9-dan əvvəl kosmosa 1 kq ağırlığında yükün göndərilməsinin qiyməti 8000$-a təşkil edirdi. İndi isə 1 kq ağırlığında yükün göndərilməsinin qiyməti 2000$ təşkil edir. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple şirkətinin ilk AR cihazı nə zaman təqdim olunacaq və nə zaman satışa çıxac..

İlk Apple Watch modelinin satışa çıxmasından 6 il sonra Apple şirkəti özü üçün yeni olan bazara daxi..


Cənubi Koreyanın uşaq bağçalarında uşaqların tərbiyələri ilə smart robotlar məşğ..

Cənubi Koreyanın paytaxtı Seulda yerləşən uşaq bağçalarında robotlar təhsil bələdçiləri rolunda da ç..


Xiaomi öz elektromobillərinin istehsalı üçün fərdi zavodunu inşa edəcək..

Bu ilin mart ayında Xiaomi şirkəti rəsmi olaraq elektromobil bazarına daxil olacağını elan etmişidi...


Məşhur analitik Apple şirkətinin ilk AR cihazı barəsində yeni məlumatlar verib..

Məşhur analitik Ming-Chi Kuo-nun yeni hesabatına əsasən Apple şirkətinin AR cihaz (Artırılmış Reallı..


AR texnologiyasının yaradıcısı metakainatı sosial şəbəkələrdən daha təhlükəli he..

Metakainatların (metaverse) yaradılmasının hansı nəticələrə gətirib çıxaracağını öncədən proqnozlaşd..


Apple-dan sonra Xiaomi də öz cihazlarının istifadəçilər tərəfindən fərdi təmir x..

Apple şirkətindən sonra texniki məhsulların istifadəçilər tərəfindən fərdi şəkildə təmir imkanını Xi..

×