Yer kürəsinin yaxınlığında qara dəliyin izləri aşkar edilib

Yer kürəsinin yaxınlığında qara dəliyin izləri aşkar edilib

Texnologiya
27.09.2019 PAYLAŞIM

    Qəbul edilmiş nəzəriyyəyə əsasən hətta ulduzları belə udan qara dəliklər bir qayda olaraq Günəş sistemindən çox uzaqlarda yerləşirlər. Lakin qəbul olunmuş bu nəzəriyyə yaxın zamanda dəyişə bilər. Belə ki, ABŞ-dan və İngiltərədən olan fiziklərin fikirlərincə bir neçə müddət bundan öncə astronomlar tərəfindən kəşf edilmiş X planeti əslində digər bir kosmik obyekt ola bilər. Söhbət, qara dəlikdən gedir. Kəşf edilmiş X planetinin ölçüsü böyük olmasa da onun bizim qalaktikamıza təsiri artıq hiss olunandır. Bu barədə Arxiv.org saytı xəbər verib.

    Bu cür nəzəriyyə bir sıra müşahidələrə əsaslanır. Son bir neçə il ərzində alimlər Günəş ətrafında dövr edən transneptun obyektlərin orbitlərində qəribə anomaliyalar müşahidə ediblər. Həmin obyektlər ilə Günəş arasındakı məsafə Neptun ilə Günəş arasındakı məsafədən daha çoxdur. Hələ bir neçə müddət bundan öncə müşahidə edilmiş anomaliyalar böyük ölçülü planetin qravitasiya gücü ilə əlaqələndirilirdilər. OGLE proqramı çərçivsəində alimlər 6 dəfə qravitasiya linzası hadisəsini müşahidə ediblər. Bu hadisə zamanı kosmik obyektin qravitasiya gücü sayəsində işıq təhrif (əyilmə) olunur. Bu cür effektin alınmasının səbəbi həm böyük ölçüyə sahib planetlər həm də ilkin qara dəliklər ola bilər.


    Yüksək sıxlıqlı materiyadan yaranan ilkin qara dəlikləri alimlər kainatın genişlənməsi ilə əlaqələndirirlər. Günəş sistemi məhz bu cür qara dəliyi öz tabeliyinə götürə bilər. Astronomların fikirlərinə əsasən onun mövcudluğu isə sirli X planetinin müşahidəsinin mümkünsüzlüyünü izah edə bilər. Belə ki, boulinq şarından böyük olmayan qara dəliyin müşahidə olunmasında standart üsullar çalışmır. Bu nəzəriyyənin yoxlanılması üçün tədqiqatçılar sözügedən obyektin şüalanmasını qeydiyyata almağı planlaşdırırlar. Belə ki, həmin obyekt qara materiyanı udan zaman şüalanma buraxmalıdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik Apple şirkətinin ilk AR cihazı barəsində yeni məlumatlar verib..

Məşhur analitik Ming-Chi Kuo-nun yeni hesabatına əsasən Apple şirkətinin AR cihaz (Artırılmış Reallı..


AR texnologiyasının yaradıcısı metakainatı sosial şəbəkələrdən daha təhlükəli he..

Metakainatların (metaverse) yaradılmasının hansı nəticələrə gətirib çıxaracağını öncədən proqnozlaşd..


Apple-dan sonra Xiaomi də öz cihazlarının istifadəçilər tərəfindən fərdi təmir x..

Apple şirkətindən sonra texniki məhsulların istifadəçilər tərəfindən fərdi şəkildə təmir imkanını Xi..


Yeni daşınıla bilən cihaz yüksək dozada narkotik vasitənin qəbulu halında insan ..

Nalokson adlı dərman preparatı heroin və ya digər opioid növlərinin yüksək dozada qəbulu nəticəsində..


Qualcomm bundan sonra öz prosessorlarını fərqli tərzdə adlandıracaq

Qualcomm şirkəti yeni flaqman prosessorunun təqdimat tarixini təsdiqləməklə yanaşı öz məhsullarının ..


Amerikalı alimlər sümüklərə inteqrasiya edilən naqilsiz mikrokompüterlər yaradıb..

Arizona Universitetinin tədqiqatçıları naqilsiz ultranazik cihazlar yaradıblar.

×