YouTube-da təhlükəli virus yayılıb

YouTube-da təhlükəli virus yayılıb

Texnologiya
26.03.2018 PAYLAŞIM

    Dr.Web şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri dünyanın ən məşhur videoservisi olan YouTube üzərindən yayılan yeni virus haqqında məlumat veriblər. Bu virusu yayan hackerlərin əsas hədəfi Windows əməliyyat sistemli kompüterlərdir. Trojan.PWS.Stealer.23012 adı almış yeni virus YouTube videolarının şərh hissələrindəki linklər şəklində Yandex Disk bulud servisi vasitəsilə yayılır. Çox zaman hackerlər həmin linkləri məşhur oyunların hack olunması üçün nəzərdə tutulmuş tətbiqlərə keçid şəklində yerləşdirirlər.

    Linkə daxil olan zaman istifadəçinin kompüterinə avtomatik olaraq aktivləşən viruslu RAR arxivi yüklənir. Beləliklə kompüterə qoşulan zaman həmin virus brauzerdən olan login, şifrələri, kompüterdə olan faylları, kompüter ekranındakı fotonu, istifadəçinin olduğu yer və s. kimi məlumatları yığır və onların hamısını hackerlərin serverlərinə göndərir. Nəticədə hackerlər bu cür qurbanların sosial şəbəkə hesablarını, şantaj və ya pul oğurlamaq üçün digər konfidensial məlumatlarını ələ keçirdirlər. Bu cür hadisələrin qurbanı olmamaq üçün mənbəyi bilinməyən faylların yüklənməsi məsləhət görülmür.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Proqramlaşdırma dilləri üçün nəzərdə tutulmuş süni zəka əsaslı tərcüməçi yaradıl..

Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni al..


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.

×