main-post-cover

    YouTube illərlə öz əməkdaşlarının viral videoların yayılması üzrə şikayətlərini inkar edib

    04.04.2019
    Farid Pardashunas
        YouTube rəhbərliyi öz əməkdaşlarının viral və insanlarda nifrət oyadan videoların yayılması üzrə şikayətlərini illərlə inkar edib. Bu barədə Bloomberg saytına 20-dən çox keçmiş və indiki şirkət əməkdaşları danışıblar. Rusbase saytının xəbərində qeyd olunub ki, şirkət əməkdaşlarından biri insanlarda nifrət oyatmağa yaxın olan kontentləri özündə birləşdirən videoların insanlara məsləhət görülməməsini təklif edib. Digər əməkdaş videoların məşhurluqlarını izləmək üçün həmin videoları bir cədvələ yığıb. Üçüncü əməkdaş isə sağçıların onlarla videolarını yığaraq şirkət rəhbərliyinə başa salmağa çalışıb ki, həmin videoların baxış sayları çox yüksəkdir. Nəticədə isə şirkət rəhbərliyi həmin əməkdaşların şiklayətlərini sadəcə olaraq inkar edib.
        YouTube əməkdaşları bildiriblər ki, platforma şirkət rəhbəri Susan Wojcicki-nin mövqeyinə görə viral videolar ilə mübarizə aparmayıb. Belə ki, Susan bir sutka ərzində 1 milyard baxış sayı məqsədini qoyub. Buna görə də şirkət rəhbərliyini ilk növbədə istifadəçilərin nə qədər sayda videolara baxdıqları və onların saytda nə qədər vaxt keçirtdikləri maraqlandırıb. Şirkət əməkdaşlarından birinin sözlərinə əsasən Susan Wojcicki qeyd edirdi ki, onun əsas işi kontentin mənasını başa düşmək deyil, kontenti idarə etməkdir. Bununla belə şirkətin hüquqşünasları əməkdaşlara xəbərdarlıq edirdilər ki, kontentlərin yoxlanışı ilə birbaşa məşğul olmayan əməkdaşlar viral videoların axtarılması ilə məşğul olmamalıdırlar.
        Şirkətdən ayrılmış menecerlərdən birinin sözlərinə əsasən bu, şifahi xəbərdarlıq idi. Hüquqşünaslar sadəcə olaraq qorxurdular ki, ola biləcək məhkəmə prosesləri zamanı şirkət rəhbərliyinin bu cür videolardan xəbərdar olduğu məlum olacaq. YouTube isə öz növbəsində bu cür ittihamlar ilə razılaşmayıb. Bloomberg saytı üçün sözügedən məqaləni hazırlamış jurnalistə cavab olaraq YouTube servisinin rəsmi Twitter hesabı bildirib ki, dezinformasiya və zərərli kontentlər ilə mübarizə YouTube servisinin ilk sırada gələn tapşırığıdır. Şirkət onu da qeyd edib ki, son 2 ildə məhz bununla məşğul olur və təkcə 2018-ci ildə kontentin yayılması siyasətində 30-a yaxın dəyişikliklər edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər