
Bir ildən uzun müddətdir
xüsusi mesajlaşma xüsusiyyətini test edən YouTube, bu xüsusiyyəti nəhayət bütün
istifadəçilərinə təqdim etdi. Şirkət daha əvvəl etdiyi şərhlərdə, bu xüsusiyyəti
gətirməsinin səbəbinin mobildə istifadəçilərini tətbiq içində daha çox vaxt keçirtmələrini
təmin etmək olduğunu ifadə etmişdi.Videoları paylaşmaq xüsusiyyətini aktuallaşdıran YouTube,
artıq istifadəçilərinə video haqqında xüsusi mesajlaşma üzərindən danışma
imkanı təqdim edir. Şirkət xüsusiyyət haqqında daha əvvəl etdiyi açıqlamalarda “Telefonunuzdan
paylaşmağı daha asan, daha sürətli və daha əyləncəli hala gətirir” şərhini edirdi.
Xüsusilə YouTube-da videoları ünvan dəftərinizdə iştirak edən kəslərlə ya da bir link üzərindən 30 adama qədər qruplarda paylaşabilərsiniz. Paylaşılan videoları mesaj içində də yenidən baxmaq imkanı təmin edir. Bunun yanında videolar haqqındakı fikirlərinizi mesajlarla ifadə edə biləcəyiniz kimi emojilərdən də istifadə edərək ya da Instagram-dakı kimi videonun yanına ürək emojisi əlavə edərək göstərə bilərsiniz.
İnterneti necə məhv etmək olar?
YouTube, bu yeniləmə ilə istifadəçi ünsiyyətini şərh qisimindən xüsusi mesajlara daşımağı hədəfləyir. Eynilə Twitter-da olduğu kimi istifadəçilərin iki fərqli sahədə də təsirli olmasını istəyən YouTube beləcə özünü bir yayım platformasından çox sosial şəbəkə olmağa daha çox yaxınlaşdırır. Bu YouTube-un özünü sosial şəbəkəyə çevirmə mövzusundakı ilk cəhdi deyil. Şirkət ötən il də Backstage xüsusiyyəti üzərində çalışaraq istifadəçilərinin video xaricində məzmunlar paylaşmasını test etməyə başlamışdı.
Mesajlaşma xüsusiyyəti müvəffəqiyyətli olsa YouTube, bir sosial şəbəkəyə çevrilmənin ilk addımını atmış olmanın yanında istifadəçilərinin də mobildə daha çox vaxt keçirməsini təmin etmiş olacaq. Bu xüsusiyyətin ən gözəl yanı isə, videolar haqqında YouTube şərhləri xaricində bir yerdə çat edə bilməkdir.
Şərh yoxdur