Reklam
YouTube servisi azyaşlı insanların məlumatlarını yığdığı üçün 200 milyon dollar cərimə ödəyəcək

YouTube servisi azyaşlı insanların məlumatlarını yığdığı üçün 200 milyon dollar cərimə ödəyəcək

Texnologiya
02.09.2019 PAYLAŞIM

    Google şirkəti YouTube videoservisində istifadəçi məlumatlarının yığılması məsələsini həll etmək üçün ABŞ-ın federal ticarət komissiyasına (FTC) 200 milyon dollar cərimə ödəyəcək. Bu barədə Reuters saytı xəbər verib. 2018-ci ildə bir sıra istifadəçi FTC-yə şikayət etmişdi ki, YouTube servisi yetkinlik yaşına çatmamış istifadəçilərə targetinq reklamı göstərmək üçün onların məlumatlarını yığır. Keçən həftə isə məlum olmuşdu ki, videoservis uşaqlar üçün nəzərdə tutulmuş videolarda bundan sonra targetinq reklam göstərməyəcək.

    Beləliklə Google şirkəti FTC ilə ortaq razılığa gələrək böyük məbləğdə cərimə ödəyəcək və bəzi şərtləri yerinə yetirəcək. Reuters saytının məlumatına əsasən Google şirkətinin ödəyəcəyi məbləğ 150 milyon dollardan 200 milyon dollara kimi çata bilər. Bu barədə rəsmi məlumat gələn həftə verilməlidir. Məlumatda qeyd olunub ki, bu cərimə vəsaiti uşaqların internetdəki konfidensiallıqları qanunvericiliyi üzrə təyin edilmiş ən böyük cərimə məbləğlərindən biri olacaq.


    Bundan öncəki rekord göstəricidə cərimə məbləğini isə bu ilin fevral ayında məşhur TikTok servisi əldə etmişdi. Belə ki, servis 3 il ərzində öz istifadəçilərinin yaş göstəricilərini qeyd etmirdi. Buna görə də servis 5.7 milyon dollar dəyərində cərimələnmişdi. Qeyd etmək lazımdır ki, YouTube servisi uşaq videoları üçün nəzərdə tutulmuş ayrıca sayta və YouTube Kids tətbiqinə sahibdir. Həmin tətbiqdə valideynlər öz övladlarının yaşlarını qeyd edərək onlara uyğun kontentləri seçə bilərlər. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple AirPods Pro 2 qulaqlıqlarının render fotoları və yeni məlumatları təqdim e..

Vaxtı ikən AirPods 3 qulaqlıqlarının fotolarını təqdim etmiş 52audio saytı bu dəfə AirPods Pro 2 qul..


Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı gələn ilin əvvəlində satışa çı..

Məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazının satış tarixi barəs..


ABŞ-da bakteriyalar əsasında yeni bioloji batareya yaradılıb

Nyu-York ştatında yerləşən Binhemton Universitetinin mütəxəssisləri bakteriyalar əsasında enerji bat..


Yaxın zamanda smartfonlar üçün 240 vatt gücündə sürətli şarj texnologiyası istif..

İnternet resursların verdikləri məlumata əsasən yaxın zamanda smartfonların batareyaları üçün nəzərd..


Huawei yeni naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib - QİYMƏTİ

Huawei şirkəti naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib.


Amazon Alexa hətta vəfat etmiş insanların səsləri vasitəsilə danışa biləcək..

Amazon şirkəti dünən Las Veqasda keçirilmiş Re:Mars adlı konfrans çərçivəsində etik nöqteyi nəzərdən..

×