main-post-cover

    Yük maşını istehsalçısı Nikola Motor Tesla'dan 2 milyard dollar təzminat tələb edir

    02.05.2018
    Farid Pardashunas
    Amerikanın hidrogen mühərriklər üzərində çalışan yük maşınları istehsalçısı Nikola Motor şirkəti elektromobil və elektrikli yük maşınları istehsalçısı Tesla şirkətinə qarşı Arizona ştatının məhkəməsində ittiham qaldırıb. Nikola Motor şirkətinin verdiyi məlumata əsasən Tesla onun bir çox patentini pozub və şirkətin əsas mühəndisini özünə cəlb etmək istəyib. Nikola Motor dəymiş zərəri 2 milyard dollar dəyərində qiymətləndirir.
    Bu barədə The Verge saytı xəbər verib. Məhkəməyə təqdim olunmuş sənədlərdə Nikola Motor şirkətinin təmsilçiləri qeyd ediblər ki, Tesla şirkəti Nikola Motor-un istehsal etdiyi yük maşınının gövdəsini, qabaq şüşəsini və s. kimi özəlliklərini kopyalayıb. Məhkəmə iddiasında Nikola Motor bildirib ki, o, gövdəni əhatə edərək sürücüyə daha çox baxış bucağı imkanını verən unikal qabaq şüşə hazırlayıb.

    Şirkət həmçinin bildirib ki, özünün Tesla Semi adlı elektrikli yük maşınının təqdimatından bir neçə ay öncə Tesla şirkəti Nikola Motor-un əsas mühəndisini öz tərəfinə çəkməyə cəhd edib. Nikola Motor-un verdiyi məlumata əsasən patent məsələsində qanun pozuntusunu şirkət hələ 2017-ci ildə Tesla Semi-nin sızdırılmış fotoları sayəsində müəyyən etmişdir. Daha sonra şirkət Tesla-ya elektrikli yük maşınının təqdimatını bu məsələnin aydınlaşdırılmasına kimi təxirə salmağı tələb etmişdi. Tesla şirkətinin təmsilçiləri isə bildiriblər ki, Nikola Motor-un məhkəmə iddiası tamamilə mənasızdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər