Logo
    main-post-cover

    Yüksək IQ səviyyəsinə sahib 14 yaşlı gənc SpaceX şirkətində çalışmağa başlayacaq

        Kairan Quazi-nin 14 yaşı olmasına baxmayaraq o bu il Santa-Klara Universitetində təhsilini bakalavr səviyyəsində bitirəcək. Beləliklə o, universitetin 172 illik tarixi ərzində ən cavan məzunu olacaq. Təbii ki, bu cür istedad böyük texnoloji şirkətlər tərəfindən diqqətsiz qala bilməzdi. Nəticədə Elon Musk-ın SpaceX şirkəti onu işə götürəcək. Məlumatda qeyd edilib ki, “kompüter elmləri və mühəndislik” ixtisası üzrə diplomun əldə edilməsindən sonra Kairan Quazi adlı 14 yaşlı şəxs SpaceX-də işləməyə başlamaq niyyətindədir.
        O, SpaceX-də proqram mühəndisi vəzifəzində çalışacaq və Starlink peyk interneti layhihəsinin inkişaf etdirilməsində iştirak edəcək. Bunun üçün 14 yaşlı gənc hətta anası ilə birgə Vaşinqton ştatına da köçəcək. Qeyd etmək lazımdır ki, SpaceX-ə işə qəbul sorğusu göndərən şəxslərin yalnız 0.2%-i nəticədə şirkətə qəbul ola bilir. Kairan-ın digər uşaqlardan fərqləndiyi onun hələ erkən uşaqlıq dövrlərində müşahidə edilmişdi. Həmin vaxtlarda Kairan anasının ona oxuduğu müxtəlif kitabları dinləməyi sevirdi.
        2 yaşında o artıq sərbəst şəkildə danışa bilirdi. Buna görə də həkimlər ona tez bir zamanda məktəbdən öncə hazırlıq müəssisələrinə getməyi məsləhət görmüşdülər. Mütəxəssislər onun IQ səviyyəsini planetin əhalisinin 99.9%-nin sahib olduğu IQ səviyyəsindən daha yüksək qiymətləndiriblər. Qeyd etmək lazımdır ki, 10 yaşında Kairan süni zəka üzrə elmi əməkdaş vəzifəsində Intel Labs təcrübəsindən keçib. Buna görə də o, böyük texnoloji şikrkətdə çalışmaq təcrübəsinə artıq sahibdir.
    Paylaş
    Bənzər xəbərlər