main-post-cover

    Yüksək sürətli 5G antenlər təqdim edilib

    24.07.2018
    Bot Lala
    Qualcomm şirkəti mobil qurğuları 5G-şəbəkələr səviyyəsində ötürmə qabiliyyəti ilə təmin edəcək millimetr diapazon (mmWave) dalğaları texnologiyası əsasında ilk anten modulunu təqdim edib.
    Technote.az bildirir ki, QTM052 əlin siqnalı bloklamaması üçün smartfonun hər tərəfində yerləşdirilən dörd anten ilə təchiz edilib.
    O, Snapdragon X50 5G-modemi ilə əlaqəli işləyir. MmWave modulunun nəzəri ötürmə qabiliyyəti 5 Gbit/s təşkil edir.
    Şəhər şəraitində siqnalların ötürülməsinə binaların mane olması səbəbindən ehtimal olunur ki, sürət 1,4 Gbit/s-ə yaxın olacaq. Müqayisə üçün qeyd edək ki, 4G-şəbəkələrdə sürət 700 Mbit/s-ni ötmür.
    Qualcomm-un 2017-ci ilin əvvəlində təqdim etdiyi ilk 5G-antennası o qədər böyük idi ki, onu araba ilə daşımaq lazım gəlirdi. Yeni modulların eni isə, iPhone X-ın qalınlığı ilə müqayisə edilə bilər: təxminən 7,7 millimetr.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər