Logo
    main-post-cover

    Yüksək sürətli şarj imkanına sahib natrium-ion batareya hazırlanıb

    Elm & Texnologiya
    06.05.2024
    Farid
         Koreya Aparıcı Elm və Texnologiyalar İnstitutunun (KAIST) mütəxəssisləri güclü natrium-ion hibrid batareyanı təqdim ediblər. Məlumata əsasən təqdim edilmiş yeni növ batareya yüksək sürətli şarj imkanına və yüksək enerji sıxlığına sahibdir. Bu batareya ənənəvi batareyalardakı məhdudiyyəti geridə qoya və elektromobillərdə istifadə edilə bilər. Bu yeni batareyada enerji sıxlığı 247 vatt saat/kq, güc sıxlığı isə 34 748 vatt/kq təşkil edə bilər. Sözügedən batareyanın əsasını natrium təşkil edir.
         O, ənənəvi batareyaların tərkiblərini təşkil edən litiumdan 1000 dəfə daha yayqındır və daha ucuz başa gəlir. KAIST mütəxəssisləri yeni hibrid batareyanın sintezi üçün iki müxtəlif metal üzvi birləşmə strukturundan istifadə ediblər. Nəticədə yaxşılaşdırılmış kinetikaya sahib anod materialı və yüksək həcmə sahib katod materialı yaradılıb. Məlumatda qeyd edilib ki, bunun sayəsində natrium-ion hibrid batareya bir neçə saniyəyə şarj oluna bilər. Bu texnologiya elektromobillər üçün nəzərdə tutulmuş batareyalar da daxil olmaqla müxtəlif sənaye sahələrində istifadə edilə bilər.
    Paylaş