Yüksək sürətli vakuum qatarları istehsalçısı 'Hyperloop One' şirkəti, 85 milyon dollar investisiya aldı

Yüksək sürətli vakuum qatarları istehsalçısı 'Hyperloop One' şirkəti, 85 milyon dollar investisiya aldı

Texnologiya
21.09.2017 PAYLAŞIM

Yüksək sürətli vakuum qatarlarının istehsalçısı “Hyperloop One” şirkəti, Rusiyanın Caspian VC Partners fondundan, əvvəlki və yeni investorlardan ümumilikdə 85 milyon dollar investisiya əldə edib.

Şirkət, yeni investisiya raundunu, B-1 kimi adlandırıb. Caspian VC Partners fondundan əlavə olaraq investorlar siyahısında həmçinin “OurCrowd.com”, “GE Ventures”, “WTI” və “Khosla Ventures” kimi şirkətlər var. “Hyperloop One” şirkətinin təsisçisi Shervin Pishevar-ın sözlərinə əsasən şirkət ilk öncə investisiya raundunda 50 milyon dollar cəlb edəcəyini düşünürdü.


“Biz sübut etdik ki, bizim texnologiyamız çalışır və Hyperloop One, dünyanın yeganə şirkətidir ki, ilk işlək Hyperloop sistemini inşa edib. Texnologiyanın kommersiyalaşdırılmasına yaxınlaşaraq müasir nəqliyyat növünü dəyişmək üçün biz bir çox hökümətlərlə əməkdaşlıq etməyə və dövlətlərlə ortaqlıq barəsində müqavilələr bağlamağa davam edəcəyik” – deyə Pishevar bildirib.

Çox güman ki, ilk işlək Hyperloop sisteminin yaradılması deyəndə şirkət, bir neçə müddət bundan öncə vakuum borularda test edilmiş hazır qatarları nəzərdə tutur. Şirkətin verdiyi məlumata əsasən əldə olunmuş vəsaitlər, Hyperloop-un kommersiyalaşdırılmasına və daha yaxşı marşrutların yaradılmasına sərf ediləcək.

Şirkət həmçinin qeyd edib ki, onun araşdırmalarına əsasən Dubayda, İngiltərədə, Rusiyada və ABŞ-da bu layihənin reallaşdırılması tamamilə mümkündür. Şirkət həmdə Niderland və Finlandiya ilə də bu layihə ilə bağlı danışıqlar aparır. Qeyd etmək laızmdır ki, 2014-cü ildə təsis edildiyi gündən şirkət ümumilikdə 245 milyon dollar investisiya cəlb edib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.


IBM şirkəti dünyanın ilk 2 nanometrlik prosessorunu yaradıb (VİDEO)

IBM şirkəti öz rəqiblərini geridə qoyaraq dünyanın ilk 2 nanometrlik prosessorunu yaratdı.

×