Yupiterin Avropa adlı peykinin səthində qeyri-adi aktivlik aşkar edilib
Elm & Texnologiya
29.01.2024
Emil Nəcəfov
Böyük ehtimalla Yupiterin Avropa da daxil olmaqla digər peyklərinin dərinliklərində okeanlar mövcuddur. Bu kosmik obyektlərdən hər birinin daxilində potensial olaraq yerləşə biləcək okeandakı suyun həcmi Yer kürəsində ki suyun həcmindən daha böyük ola bilər. Yupiterin peykləri daxilində yerləşə biləcək okeanlarda bioloji həyat növünün mövcud olma ehtimalı da yüksəkdir. Bir neçə müddət bundan öncə JGR Planets adlı jurnalda alimlər tərəfindən dərc edilmiş məqalədə qeyd edilib ki, onlar Yupiterin Avropa adlı peykinin səthində müəyyən aktivlik aşkar ediblər. Sözügedən aktivlik peykin müəyyən sahəsinin 20 illik və ya daha çox zaman intervalı ilə çəkilmiş fotolarının müqayisəsi vasitəsilə aşkar edilib.
Birinci foto 1993-cü ildən 2003-cü ilə kimi Yupiter sistemini müşahidə etmiş Galileo adlı kosmik aparat, ikinci foto isə 2022-ci ildə Juno adlı kosmik aparat vasitəsilə çəkilib. Çəkilmiş iki fotoda peykin 37x67 km ölçülü sahəsi əks olunub. Mütəxəssislər bildiriblər ki, yuxarı hissədə yerləşən foto (Juno tərəfindən çəkilib) aşağı hissədə yerləşən fotodan (Galileo tərəfindən çəkilib) fərqlənir. Avropanın bu sahəsi Yupiter peyklərinin NASA-nın Europa Clipper, ESA-nın (Avropa Kosmik Agentliyi) isə JUICE adlı kosmik aparatları tərəfindən müşahidələri missiyası üçün dönüş nöqtəsi ola bilər. Qeyd etmək lazımdır ki, JUICE artıq Yupiter sisteminə istiqamət alıb və 2031-ci ilin sonunda ora çatacaq. Europa Clipper aparatı isə artıq bu il kosmosa göndərilməlidir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yupiterin peyki İonun keyfiyyətli fotoları çəkilib
Yupiterin peyki İonun keyfiyyətli fotoları çəkilib
NASA-nın Juno adlı kosmik aparatı Yupiter sistemlərinin müşahidə edilməsi üzrə əsas missiyasının yerinə yetirilməsindən uzun illər sonra yenə də uğurlu şəkildə fəaliyyətini davam etdirir.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!