ZTE şirkəti 5G dəstəkli YouCare adlı smart köynəyi təqdim edib

ZTE şirkəti 5G dəstəkli YouCare adlı smart köynəyi təqdim edib

Texnologiya
01.07.2021 PAYLAŞIM

    Barselonada keçirilən MWC 2021 sərgisi çərçivəsində ZTE şirkəti YouCare adlı smart köynəyi təqdim edib. Sözügedən köynək 5G şəbəkəsinə qoşulma özəlliyini dəstəkləyir və istifadəçinin orqanizmində olan vacib orqanların monitorinqini apara bilir. ZTE YouCare adi köynək dizaynında reallaşdırılıb. O, çoxlu sayda yuyulmaya davamlı tekstil materialdan hazırlanıb. ZTE təmsilçilərinin sözlərinə əsasən bu köynək İtaliyada hazırlanıb və onun əsas məqsədi səhhətin monitorinqini daha da sadələşdirməkdir.


    Köynəyin parçasına polimer materialdan hazırlanmış gözəgörünməz sensorlar inteqrasiya edilib. Həmin sensorlar insan səhhətinin vacib parametrlərini analiz etməyi bacarırlar. Buna misal olaraq nəfəs alma tezliyini, elektrokardioqrammanı, tərin hansı miqdarda ifraz olunmasını, əzələ aktivliyini və s. gətirmək olar. Sensorlar tərəfindən əldə olunmuş məlumatlar köynəyin kənar hissəsindəki kiçik idarəetmə mərkəzinə göndərilir.

    Həmin idarəetmə mərkəzində isə məlumatlar rəqəmsal formata çevrilir və daha sonra smartfona və ya smart saata ötürülür. Bundan əlavə olaraq məlumatlar uzaqda yerləşən cihaza da göndərilə bilər. Bu üsul ilə həkimlər nəzarətdə olan xəstənin səhhət göstəricilərini analiz edə bilərlər. Məlumatda qeyd edilib ki, bəzi təşkilatlar artıq sözügedən layihəyə maraq göstərirlər. Onların arasında həmçinin Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti də var.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..


Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli avtomobillərə keçid prosesin..

Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli av..


Xiaomi bütün gövdəsi ekrandan ibarət yeni nəsil Mi Band X üzərində çalışır..

Xiaomi daxilində bağlı təqdimat keçirilib və həmin təqdimat çərçivəsində yeni nəsil Mi Band qolbağı ..


Kompüter ilə çalışmaq üçün olan beyin interfeysinin insanlar üzərində testinə st..

ABŞ-ın Səhiyyə Nazirliyinin tərkibinə daxil olan FDA agentliyi Synchron şirkətinin neyrointerfeysini..

×