main-post-cover

    Lamborghini Urus-un hibrid versiyası təqdim edilib - QİYMƏTİ

    Nəqliyyat
    25.04.2024
    Farid Pardashunas
         İtaliyanın məşhur avtomobil istehsalçısı olan Lamborghini özünün Urus avtomobilinin hibrid versiyasını təqdim edib. Lamborghini Urus SE adını əldə etmiş bu hibrid krossover böyük olmayan məsafələrin qətt edilməsi yolunda benzindən tamamilə imtina üçün özündə batareyanı birləşdirir. Lamborghini Urus SE-nin hibrid transmissiyası ümumilikdə 800 at gücünə (588 kilovatt), V8 benzin mühərriki 620 at gücünə (456 kilovatt), elektrikli mühərriki isə 192 at gücünə (141 kilovatt) sahibdir. Avtomobilin benzin mühərriki 800 Nm (Nyuton metr) göstəricidə fırlanma anını, elektrikli mühərriki isə 483 Nm göstəricidə fırlanma anını təmin edir.
         Lamborghini Urus SE saatda 100 km sürəti 3.4 saniyəyə, saatda 200 km sürəti isə 11.4 saniyəyə yığır. Avtomobilin maksimal sürəti saatda 312 km təşkil edir. Lemborghini bildirib ki, Urus SE avtomobili Urus seriyasının ən güclü avtomobilidir. Avtomobil özündə olan 25 kilovatt saat həcmli batareya sayəsində 60 km yol qətt edə bilir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Lamborghini Revuelto adlı digər hibrid model öz batareyası sayəsində cəmi 10 km yol qətt edə bilir. Şirkət bildirib ki, adi Urus ilə müqayisədə Urus SE 15% daha aerodinamikdir. Bu, Urus SE-nin yenilənmiş ön hissəsi hesabına mümkün olub. Lamborghini Urus SE-nin qiyməti 258 000$-dan start götürür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər