WhatsApp-a alış-veriş funksiyası gəlir?


Korona virus bəlası davam edir. Bu virus səbəbilə 2 məşhur smatfon istehsalçısı Mobil Dünya Konqresinə qatılmayacağını açıqlayıb. Onları başa düşmək olar, çünki bu virus səbəbibilə elə biz də 2 ildir ardıcılıq qatıldığımız MWC-yə bu il gedə bilmirik. Virusa görə planları alt-üst bir şirkət daha var. Söhbət Xiaomidən gedir. Şirkət virus səbəbilə flaqman cihazı Mi 10-nu internet üzərindən təqdim edə bilər. Mark Zuckerberg isə dirəşib ki, WhatsApp-dan pul qazansın. Bəs bu mövzuda onun planları nədir? Həftə ərzində baş verən və yadda qalan hadisələrə Azercell-in təqdimatında nəzər salaq.