Xarici dillər öyrənmək üçün axtardığınız tətbiq - Busuu


Xarici dil öyrənmək istəyirsiniz amma bunun üçün kursa yaxud müəllim yanına getməyə vaxtınız yoxdur. Narahat olmayın sizin üçün bu dəfə də çox yaxşı bir texnoloji həllimiz var.Haqqında danışdığımız tətbiqin adı Busuu-dur. Busuu-ya daxil olan kimi bizi ilk öncə giriş və qeydiyyat bölməsi gözləyir. Bu bölməni keçdikdən sonra tətbiq sizə seçdiyiniz dili öyrənmək üçün beş üsul təklif edir: Yaxınlarla ünsiyyət, ölkənin mədəniyyətini öyrənmək, professional fəaliyyət , səyahət zamanı rahat ünsiyyət və təhsili inkişaf etdirmək üçün əsas seçimlər burada yer alıb.