main-post-cover

    33 min terapiya xəstəsini şantaj edən Finlandiyalı kibercinayətkar həbs olunub!

    Təhlükəsizlik
    06.05.2024
    Chinara Pardashunas

         Avropanın ən çox axtarılan kibercinayətkarlarından birinin cinayət macərasına son qoyulub. Terapiya qeydlərini oğurlayan və xəstələrin həyatını acınacaqlı edən, hətta bəzilərinin intihar etməsinə belə səbəb olan Finlandiyalı kibercinayətkar həbs olunub.

         Avropanın ən çox axtarışda olan cinayətkarlarından olan Finlandiyalı hakerin 11 illik kibercinayətkarlıq cənginə son qoyulub. BBC-də yer alan xəbərə görə, 13 yaşında kibercinayət dünyasına addım atan Julius Kivimaki, müalicə almış və almaqda olan 33 min xəstənin müalicə qeydlərini oğurladığı və onları şantaj etdiyi üçün həbs edilib. Kivimakinin həyat hekayəsi onun anarxik haker qruplarındakı fəal iştirakı ilə başlayır. Sürətlə yüksələn bu kibercinayətkar, hələ 17 yaşında olarkən kibercinayətkarlıq üzrə 50.700-dən çox ittiham ilə təqsirli bilinib. Maraqlısı odur ki, Kivimaki, bu qədər ittihamlara baxmayaraq həbsxanaya getməyib. Əslində bu vəziyyət kibertəhlükəsizlik dünyasından bir çox insan tərəfindən tənqid edilib.
         Finlandiyalı kibercinayətkar 2020-ci ildə ən səs-küylü cinayətini törədib. O, Finlandiyanın ən böyük psixoterapiya şirkəti Vastaamo-nun sistemlərini sındıraraq 33 min xəstənin müalicə qeydlərini ələ keçirib. Kivimaki, daha sonra şirkətdən 400 min avro fidyə tələb edib, lakin Vastaamo ödəməkdən imtina etdikdə o, xəstələrlə birbaşa əlaqə saxlayaraq onların hər birindən 200 avro istəyib və onları terapiya qeydlərini darknetdə dərc etməklə hədələyib.
         Sözügedən yazılar özündə son dərəcə intim sirləri ehtiva edirdi və oğurlanması olduqca dəhşətli hadisələrlə nəticələnə bilərdi. Julius Kivimaki, nikahdankənar münasibətlərdən tutmuş cinayət etiraflarına qədər bir çox mövzuda həssas məlumatların yer aldığı bu qeydlərdən istifadə edərək xəstələri fidyə ilə hədələməyə davam edib. O, xəstələrə tələb etdiyi pul ödəmədikləri təqdirdə, onların şəxsi məlumatlarını internetə sızdıracağını bildirib. Bu faciəvi vəziyyət qurbanlara sarsıdıcı təsir göstərmiş, hətta bəzilərinin intihar etməsinə səbəb olmuşdur.
         Kivimaki 2 illik sıx bir araşdırmadan sonra, nəhayət Parisdə saxlanılıb. Daha sonra isə tez bir şəkildə Finlandiyaya geri qaytarılıb. O, məhkəmədə 30 mindən çox cinayətdə təqsirli bilinib. Kivimaki, məlumatların pozulması, şantaj cəhdi, 9231 şəxsi həyatın toxunulmazlığını pozan məlumatların yayılması, 20745 şantaj cəhdi və 20 şantajda ittiham olunub. Nəticədə o, 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
         Psixoterapiya şirkəti isə artıq fəaliyyət göstərmir və onun təsisçisi xəstə məlumatlarını qorumadığı üçün şərti cəzaya məhkum edilib. Kivimaki polisə şantaj cəhdlərindən nə qədər "bitcoin" qazandığını açıqlamayıb və rəqəmsal pul kisəsi məlumatlarını unutduğunu iddia edib. Zərərçəkmişlər, Julius Kivimaki və Vastaamo psixoterapiya şirkətinə qarşı təzminat tələbi ilə məhkəməyə müraciət etməyi planlaşdırırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    NVIDIA-nın flaqman videokartları qəliz şifrələri 1 saat ərzində sındıra bilirlər
    nvidia-nin-flaqman-videokartlari-qeliz-sifreleri-1-saat-erzinde-sindira-bilirler
    İngiltərədə 12345 şifrəsini istifadə etmək qadağan edildi!
    ingilterede-12345-sifresini-istifade-etmek-qadagan-edildi
    Yeni troyan virusu milyonlarla Android istifadəçisinin bank məlumatlarını oğurlaya bilər
    yeni-troyan-virusu-milyonlarla-android-istifadecisinin-bank-melumatlarini-ogurlaya-biler
    Tanışlıq tətbiqlərinin 80%-i konfidensiallıq siyasətinə riayət etmir
    tanisliq-tetbiqlerinin-80-i-konfidensialliq-siyasetine-riayet-etmir
    Hakerlər istifadəçilərin çat-botlarla olan mesajlarını əldə edə bilərlər
    hakerler-istifadecilerin-cat-botlarla-olan-mesajlarini-elde-ede-bilerler