main-post-cover

    MediaTek Dimensity 9300 Plus flaqman prosessoru təqdim edilib

    Elm & Texnologiya
    07.05.2024
    Brilyant Rasulova
         MediaTek şirkəti daha öncə də söz vermiş olduğu kimi öz yeni flaqman prosessorunu təqdim edib. Söhbət, keçən il təqdim edilmiş Dimensity 9300 prosessorunun təkmilləşdirilmiş versiyası olan Dimensity 9300 Plus-dan gedir. Keçən ilki Dimensity 9300 kimi Dimensity 9300 Plus da 4 nanometrlik texnoloji proses əsasında hazırlanıb və özündə 8 nüvəni birləşdirir. Nüvələr prosessor tərkibində “1+3+4” sxemi üzrə yerləşiblər. Bu isə o deməkdir ki, Dimensity 9300 Plus özündə 3.4 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X4 nüvəsini, 2.85 GHz tezlikdə çalışan 3 ədəd Cortex-X4 nüvəsini və 2.0 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A720 nüvəsini birləşdirir.
         Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki Dimensity 9300-ün əsas Cortex-X4 nüvəsi 3.25 GHz tezlikdə çalışır. Dimensity 9300 Plus-da qrafik imkanlardan Immortalis-G720 qrafik çipi cavabdehdir. Üstəlik bu qrafik çip aparat təminatı (hardware) səviyyəsində ikinci nəsil ray tracing texnologiyasını dəstəkləyir. Digər özəlliklər baxımından yeni prosessor keçən ilki Dimensity 9300 ilə eynidir. Dimensity 9300 Plus prosessoruna sahib ilk smartfonlar yaxın zamanda təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    MediaTek Dimensity 9400 prosessoru Apple A17 Pro və Snapdragon 8 Gen 4 ilə rəqabət aparacaq
    mediatek-dimensity-9400-prosessoru-apple-a17-pro-ve-snapdragon-8-gen-4-ile-reqabet-aparacaq
    MediaTek Dimensity 9300 Plus flaqman prosessorunun təqdimatı anons edilib
    mediatek-dimensity-9300-plus-flaqman-prosessorunun-teqdimati-anons-edilib
    MediaTek büdcəli smartfonlar üçün Dimensity 6300 adlı yeni prosessorunu təqdim edib
    mediatek-budceli-smartfonlar-ucun-dimensity-6300-adli-yeni-prosessorunu-teqdim-edib
    MediaTek Dimensity 9400 flaqman prosessorunun bəzi texniki imkanları məlum olub
    mediatek-dimensity-9400-flaqman-prosessorunun-bezi-texniki-imkanlari-melum-olub
    MediaTek 2023-cü ilin dördüncü rübündə ən böyük mobil prosessor istehsalçısına çevrilib
    mediatek-2023-cu-ilin-dorduncu-rubunde-en-boyuk-mobil-prosessor-istehsalcisina-cevrilib