main-post-cover

    2030-cu ilə qədər özünüzə yaşamaq üçün başqa bir planet axtarın

    07.05.2017
    Farid Pardashunas
    Yer kürəsinə insanların müdaxiləsi artdıqca təbii fəlakətlər də qaçılmaz olur. Belə ki, dünyada təbii qaynaqlar sürətlə azalır və təbiət getdikcə daha da çirklənir. Bunu araşdıran Dünya Təbiəti Qoruma Fondunun hesabatına inansaq ən yaxşı halda 2030-cu ildə təbii depressiyanın başlanması ehtimalı qaçılmazdır.
    Hər il Yer üzündə təbii qaynaqların 1.6 dəfədən çoxunun istifadə olunduğu deyən hesabata inansaq, şirin sularda yaşayan canlıların nəslinin kəsilməsi qaçılmaz olacaq.
    1970-2012 illər arasında şirin sularda yaşayan canlı sayısının 80% azaldığı hesabatda öz əksini tapıb. Burda isə insanların təbiətə daimi müdaxiləsi xüsusi rol oynayır. Məsələn, son 25 ildə 239 milyon hektar meşə sahəsi məhv olub. Meşələrin kütləvi məhvinə insan səbəb olmasa belə, dolayı yolla çox ciddi rol oynayır.
    Fondun məlumatına görə əgər insanlar belə yaşamağa davam etsələr, onda ən yaxşı halda 2030-cu ildə yeni Yer kürəsinə ehtiyac olacaq. Hesablama insanlığın ekoloji sistemi məhv etdiyini göstərən "ekoloji ayaq izi” əsas alınaraq həyata keçirilir. Hesabatın sonunda ortaya çıxan kürəsəl hektarın kiçik çıxması təbiətin o qədər az zədə almasına işarədir.
    Fondun Almaniya şöbəsindən çalışan Christoph Heinrich bu problemi aradan qaldırmaq üçün cəmiyyəti çevrəyə qarşı daha diqqətli davranmağa səsləyib. Nə demək olar hər ehtimala qarşı Asgardia vətəndaşlığını nəzərdən keçirmək lazımdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər