Dünyanın Ən Məşhur Porno Saytı “BRAZZERS” Hack Edildi!

6496

Bir müddət əvvəl Instagram hesabının Cənubi Azərbaycanlı bir hacker tərəfindən hack edildiyini bildirdiyimiz, ABŞ-ın porno məzmunları ilə məşhur saytı Brazzers bu dəfə özü hack edildi. İlk mərhələdə yüz minlərlə istifadəçinin bütün şəxsi məlumatları, şifrələri internet mühitinə sızdırıldı.

Böyüklər üçün porno məzmunları ilə tanınan məşhur websayt Brazzers hack edildi. Saytda qeydiyyatlı 800 min istifadəçinin bütün məlumatları hal-hazırda internetdədir.

Saytın forumları hal-hazırda bağlı vəziyyətdədir. İndiyə qədər olan məlumat sızıntısına hələ də mane olmaq mümkün deyil. Bu məlumatların içərisində tam olaraq 790.724 fərqli mail adresi, bu maillərə aid istifadəçi adışifrələr tamamilə hərkəsə açıq vəziyyətdə paylaşılıb.

İstifadəçilərə xəbərdarlıq edərkən, əgər saytda qeydiyyatlı e-mail adresləri sızdırılıbdırsa bu hesabı bir müddət istifadə etməmələri məsləhət görülür. Sayt rəhbərliyindən Met Stivens, sızıntıdan qısa zaman sonra bir açıqlama verərək, istifadəçilərin məlumatların çox yaxşı qorunduğunu və buna həqiqətən əhəmiyyət verdiklərini bildirdi.

Qısa zaman sonra sözügedən saytın forumları tamamilə bağlandığı üçün, dedikləri biraz havada qalmış oldu. Əgər sizin də Brazzers hesabınız varsa və sızdırılıb, sızdırılmadığını öyrənmək istəyirsinizsə bu linkdən e-mailinizi yazaraq öyrənə bilərsiniz.