"Nokia" ilə olan məhkəmə prosesinə görə "Apple", şirkətdən qisas aldı

1733

Məhkəmə ittihamlarına görə "Apple”, "Nokia”dan maraqlı qisas aldı.

Belə ki, "Nokia” ilə olan gözlənilməz məhkəmə mübahisələri nəticəsində "Apple”, "Withings” şirkətinin bütün məhsullarını öz online və bütün dünya üzrə fiziki mağazalarında yığışdırıb. "Technote.az”ın "Appleinsider”ə istinadən verdiyi xəbərə əsasən son bir neçə gün ərzində Withings aksessuarları "Apple” mağazalarından ani şəkildə yoxa çıxmağa başlayıb. Onların arasında Body Cardio Scale, Smart Body Analyzer adlı "ağıllı tərəzilər və Wireless Blood Pressure Monitor təzyiq ölçən cihazı daxildir. Sözügedən məhsulların şirkət  saytında axtarışı zamanı heç bir nəticə çıxmır. "Apple” bu cür addımı atmağa məcbur idi. Belə ki, 2016-cı ilin yaz fəslində "Nokia”, "Withings” şirkətini 192 milyon dollar vəsaitə almışdır. Qeyd edək ki, keçən həftə "Nokia”, "Apple”ı, patent hüquqlarının pozması barəsində ittiham edərək məhkəməyə vermişdir. Bu patentlərin tədqiq olunmasına və alınmasına son 20 il ərzində 115 milyard avro vəsait xərclənmişdir. Çox güman ki, "Withings” şirkətinin məhsullarının Apple saytından yığışdırılmasının səbəbi, "Nokia” ilə olan məhkəmə prosesidir.