Yerli sosial şəbəkəmiz "Kvotter", Amerikada investorlar önünə çıxır

2001
 
Azərbaycanda ard-arda uğurlar qazanan və yerli startap yarışmalarının qalibi olan "Kvotter" sosial şəbəkəsi bir neçə gün öncə Amerika və Azərbaycan üçün beta mərhələsində tətbiqlərini istifadəçilərlə bölüşdülər. Bu haqda daha ətraflı məlumatı bu xəbərimizdən əldə edə bilərsiniz. Bu dəfə, təcrübəli gənclərimiz tərəfindən hazırlanan yerli sosial şəbəkəmiz Amerikada hər il adəti üzrə keçirilən TechCrunch Disrupt tədbirində iştirak edəcək.
 

 
Dünyaca məşhur bu tədbirdə Silicon Vadisinin mələkləri adlandarılan, kifayət qədər məşhur investorlar iştirak edir. Öz layihələrini təqdim etmələri üçün həmyerlilərimizə cəmi 1 dəqiqə vaxt ayrılacaq. Kitablardan sitatların paylaşımını həyata keçirən "Kvotter" Azərbaycan məhsulu kimi dünya bazarına addım ata bilər. Artıq bu tədbirin başlamasına saatlar qalıb və bizlərin də yerli layihəmizə dəstək olmaq üçün imkanı var. Beləki, aşağıda qeyd olunan linkdən Android platforması üçün nəzərdə tutulmuş tətbiqi yükləsəz, qeydiyyatdan keçib istifadə etsəz, daha çox istifadəçinin olmasına şərait yarada bilərsiniz. Bu da sözsüz ki, "Kvotter"in təqdimatında qeyd oluna biləcək bir göstəricidir. Elə isə yerli layihəmizə dəstək olmağın vaxtıdır.

Tətbiqi yükləmək üçün daxil olun.


 
Qeyd edək ki, Kvotter layihəsi, Tractioncamp proqramı çərçivəsində ABŞ-ın San-Francisco şəhərində keçiriləcək Startuplar üçün təlimlər, investorlar qarşısında təqdimat vəTechCrunch Disrupt tədbirində iştirak edəcək. Proqramda Azərbaycan, Albaniya, Belarus, Bosniya və Hersoqovina, Ermənistan, Gürcüstan, Kosovo, Makedoniya, Moldova, Serbiya və Ukraynadan seçilmiş Startaplar iştirak edəcək. Tractioncamp proqramı çərçivəsində iştirak edən layihələrə mentorlar tərəfindən 2 gün təlim, Silikon Vadisindən investorlar qarşısında təqdimat, Silikon Vadisində yerləşən Akseleratorlarla tanışlıq turu və TechCrunch Disrupt tədbirində Startuplar üçün ayrılmış xüsusi bölmədə yer təqdim ediləcək.

Kvotter-i bu proqram müddətində, layihənin 2 təsisçisi Orxan Əhmədov və Coşqun Kərimov təmsil edəcəklər.
 
Kvotter haqqında daha ətraflı məlumat və araşdırma buradan oxuya bilərsiniz.