main-post-cover

    Gələn il təqdim olunacaq Huawei Pura 80-nin əsas kamerası barəsində məlumat verilib

    Cihazlar+
    23.04.2024
    Brilyant Rasulova
         Huawei Pura 70 smartfon seriyasının keçən həftə təqdim olunmasına baxmayaraq artıq indidən Huawei Pura 80 smartfon seriyası barəsində məlumatlar ortaya çıxmağa başlayıb. Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən Huawei Pura 80 smartfon seriyasında 22 nanometrlik texnoloji proses əsasında hazırlanan OmniVision OV50X adlı kamera sensorundan istifadə ediləcək.
         Müqayisə üçün qeyd etmək lazımdır ki, Huawei Pura 70 Ultra smartfonunda 40 nanometrlik texnoloji proses əsasında hazırlanan Sony IMX989 adlı kamera sensorundan istifadə edilir. Yüksək keyfiyyətdə video çəkiliş zamanı 22 nanometrlik kamera sensoru öz növbəsində kameranın enerji sərfiyyatını aşağı salır. Nəticədə smartfon kameradan uzun müddət ərzində istifadə halında daha çox çalışa bilir. Qeyd etmək lazımdır ki, Huawei Pura 80 smartfon seriyasının gələn ilin birinci yarısında təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei nova 13 smartfonlarının hansı prosessoru əldə edəcəkləri açıqlanıb
    huawei-nova-13-smartfonlarinin-hansi-prosessoru-elde-edecekleri-aciqlanib
    Huawei Watch Fit 3 smart qolbağının render fotoları təqdim edilib
    huawei-watch-fit-3-smart-qolbaginin-render-fotolari-teqdim-edilib
    Huawei Pura 70 Ultra bençmark testlərindən keçib
    huawei-pura-70-ultra-bencmark-testlerinden-kecib
    Huawei Kirin 9010 prosessoru təqdim olunub
    huawei-kirin-9010-prosessoru-teqdim-olunub
    Huawei Pura 70 Pro+ və Pura 70 Ultra təqdim olunublar - QİYMƏTİ
    huawei-pura-70-pro-ve-pura-70-ultra-teqdim-olunublar-qiymeti