main-post-cover

    Huawei Pura 70 Ultra bençmark testlərindən keçib

    Cihazlar+
    18.04.2024
    Brilyant Rasulova
         Biraz əvvəl Huawei şirkəti Pura 70 smartfon seriyasını təqdim etdi. Bu seriyaya daxil olmuş modellərdən biri də Huawei Pura 70 Ultra oldu. Qeyd etmək lazımdır ki, bu smartfon şirkətin yeni prosessoru olan Kirin 9010 vasitəsilə çalışır. Məlum olub ki, ilk alıcılar artıq Huawei Pura 70 Ultra-nı AnTuTu Geekbench 6.2 bençmarklarında testlərdən keçiriblər. Beləliklə smartfon AnTuTu-da ümumilikdə 979 511 xal toplayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, Kirin 9000 prosessoruna sahib Mate 60 smartfonu AnTuTu-da ümumilikdə 700 000 xal toplayır. Geekbench 6.2-yə gəldikdə isə yeni smartfon onun bir nüvəli testi çərçivəsində 1447 xal, çox nüvəli testi çərçivəsində isə 4765 xal toplayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei Kirin 9010 prosessoru təqdim olunub
    huawei-kirin-9010-prosessoru-teqdim-olunub
    Huawei Pura 70 Pro+ və Pura 70 Ultra təqdim olunublar - QİYMƏTİ
    huawei-pura-70-pro-ve-pura-70-ultra-teqdim-olunublar-qiymeti
    Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
    huawei-pura-70-ve-pura-70-pro-teqdim-olunublar-qiymeti
    Huawei Pura 70 Ultra-nın kameraları barəsində məlumatlar verilib
    huawei-pura-70-ultra-nin-kameralari-baresinde-melumatlar-verilib
    Huawei P smartfon seriyası bundan sonra Huawei Pura adlanacaq
    huawei-p-smartfon-seriyasi-bundan-sonra-huawei-pura-adlanacaq