main-post-cover

    Huawei Pura 70 Pro+ və Pura 70 Ultra təqdim olunublar - QİYMƏTİ

    Cihazlar+
    18.04.2024
    Farid Pardashunas
         Bundan öncəki xəbərdə biz Huawei Pura 70 ilə Pura 70 Pro barəsində danışdıq. Bu xəbərdə isə Huawei Pura 70 Pro+ ilə Pura 70 Ultra barəsində danışacağıq. Beləliklə Huawei Pura 70 Pro+ ilə Pura 70 Ultra xarici görünüş mövzusunda Huawei Pura 70 Pro-ya bənzəyirlər. Smartfonlar bəzi texniki göstəricilər baxımından da oxşardırlar. Hər iki smartfon 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2844x1260 piksel keyfiyyətli 6.8 düym OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2500 nit təşkil edir və o, Basalt Kunlun Glass qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologyiası hər iki smartfonda ekrana inteqrasiya edilib.
         Hər iki smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Onlar həmçinin özlərində stereo səsgücləndiricilər ilə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirirlər. Üstəlik hər iki smartfon Kirin 9010 prosessoru vasitəsilə çalışır və 16 GB RAM ilə 512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Pura 70 Pro+ modelinin arxa kameraları ilə ön kamerası Pura 70 Pro ilə eynidir. Pura 70 Ultra modeli isə 50 MP + 50 MP + 40 MP üçlü arxa kameraya sahibdir. Onun ön kamerası Pura 70 Pro+ modelinin ön kamerası ilə eynidir.
         Batareya mövzusuna gəldikdə, Pura 70 Pro+ modeli 100 vatt gücündə sürətli şarj texnologiyalı 5050 mAh enerji tutumlu batareya ilə təchiz olunub və 80 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını, Pura 70 Ultra isə 100 vatt gücündə sürətli şarj texnologiyalı 5200 mAh enerji tutumlu batareya ilə təchiz olunub və 80 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Bu smartfonlar da Android 12 əsaslı HarmonyOS 4.2 vasitəsilə çalışırlar. Huawei Pura 70 Pro+ ilə Pura 70 Ultra-nın Çində satışlarına artıq start verilib. Onların satış qiymətləri isə aşağıdakı kimidir.
    - 512 GB yaddaşa sahib Huawei Pura 70 Pro+ - 1105$
    - 1 TB yaddaşa sahib Huawei Pura 70 Pro+ - 1245$
    - 512 GB yaddaşa sahib Huawei Pura 70 Ultra - 1380$
    - 1 TB yaddaşa sahib Huawei Pura 70 Ultra - 1520$.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
    huawei-pura-70-ve-pura-70-pro-teqdim-olunublar-qiymeti
    Huawei Pura 70 Ultra-nın kameraları barəsində məlumatlar verilib
    huawei-pura-70-ultra-nin-kameralari-baresinde-melumatlar-verilib
    Huawei P smartfon seriyası bundan sonra Huawei Pura adlanacaq
    huawei-p-smartfon-seriyasi-bundan-sonra-huawei-pura-adlanacaq
    Huawei FreeBuds Lipstick 2 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
    huawei-freebuds-lipstick-2-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti
    4K keyfiyyətli Huawei Smart Screen S5 televizoru təqdim edilib - QİYMƏTİ
    4k-keyfiyyetli-huawei-smart-screen-s5-televizoru-teqdim-edilib-qiymeti