main-post-cover

    Dostlarınızın "facebook" səhifələrinə verdiyi qiymətlərin bildirişindən 2 addımda can qurtarmaq

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Bugün xəbər verdiyimiz kimi səhər saatlarından etibarən "Unibank" facebook səhifəsi gözlənilmədən müştərilərin "1*"ları ilə qarşılaşdı. Vəziyyətdən yaxa qurtarmaq üçün səhifənin qiymətləndirmə bölməsini bağlayan bank bu haqda rəsmi açıqlamanı facebook hesabı üzərindən yaydı. Açıqlamadan bir neçə dəqiqə sonra isə Ali və Nino kitab satışı mağazalar şəbəkəsinin rəsmi facebook səhifəsi eyni aqibəti yaşadı. Bütün günü sosial medianın gündəminə çevrilən bu hadisədən təbii ki, bəzi istifadəçilər narahatlıq keçirir. Məsələn, facebook profilinizə gələn ardı-arası kəsilməyən qiymətləndirmə bildirişləri sizləri də bezdirmiş ola bilər. Bu səbəbdən sadəcə 2 addımda həmin bildirişlərin bağlanma üsulunu aşağıda göstəririk:
    1. Gələn bildirişi üzərində olan "..." işarəsinə klik edirik.

    2. Açılan pəncərədən dostlardan gələn dəyərləndirmə bildirişlərini söndürürük.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər