main-post-cover

    İnstagram üçün bir paylaşımda bir neçə foto və video seçmək funksiyası rəsmi olaraq təqdim edildi

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Instagram komandası bir postda bir neçə foto və video yüklənmə funsksiyasını rəsmi olaraq işə saldı.

    Bu özəlliklə istifadəçi, 10-a yaxın foto və video seçərək onların hər birində istədiyi filtri istifadə, redaktə, ardıcıllıqlarını dəyişə və sonra bir postdaa paylaşa bilər. Bu cür paylaşımlar hələki bir imza ilə paylaşıla bilər və onlar hələki kvadrat formasında görünəcəklər. Paylaşımda olacaq birinci foto və ya video xüsusi işarəyə sahib olacaq. Həmin işarə onu göstərəcək ki, sözügedən paylaşımda digər foto və videolar da var. Bu tərz paylaşımlara baxan zaman isə həmin paylaşımların alt hissəsində göy nöqtələr əks olunacaq. Beləliklə istifadəçilər paylaşımlara albom kimi baxa, onları bəyənə biləcəklər. Sözügedən yeni funksiya bir neçə həftə ərzində iOSAndroid istifadəçilərinə təqdim olunacaq. Lakin indi bəzi istifadəçilər üçün bu funksiya artıq aktiv şəkildədir.

    Linki kopyala