main-post-cover

    "Messenger"in yeni funksiyası Azərbaycan üçün aktiv edildi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Bir müüdət əvvəl xəbərini yayımladığımız "Messenger"in yeni hekayə funksiyası an etibarilə Azərbaycanda da aktiv edildi. Gələn son yenilənmə ilə bərabər artıq istifadəçilər "Snapchat" və "Instagram"da olduğu kimi 24 saat ərzində yox olan hekayələrini paylaşa biləcəklər. Bu addımla bərabər "Messenger"i daha da sosiallaşdıran "Facebook", bu platformanı ayrıca bir şəbəkəyə çevirmək niyyətindədir.


    Fərqli şəkil filtirlərinin də yer aldığı yenilənməni əldə etmək üçün "Messenger" tətbiqetməsini yeniləmək kifayət edir. Mesajların üst hissəsində yerləşən hekayə bölməsində dostlarınızın paylaşdığı şəkil və videoları izləyə bilərsiniz. "Messenger Day"i digər hekayə funksiyalarından fərqləndirən əsas əlamət isə paylaşılan hekayələrə reaksiya bildirməyin mümkün olmasıdır. Çox şirin hekayələr üçün isə yeni "aww" reaksiyası əlavə olunub. Əlavə olaraq siz dostunuzun paylaşdığı hekayəyə fikir bildirə biləcəksiniz. 


    "Messenger Day" adı verilən bu funkisya haqqında ətraflı məlumatı bu məqaləmizdən əldə edə bilərsiniz.

    Əlavə olaraq qeyd edək ki, "Snapchat"dan ilhamlanaraq yaradılan bu funksiya qısa müddət ərzində ölkəmizdə "Facebook" üçün də aktivləşəcək. Bu haqda ətraflı məlumat isə buradan əldə edə bilərsiniz.
    Linki kopyala