"Startup Europe Week Baku", SUP Akselerasiya Mərkəzində ilk gününü uğurla başa vurdu (FOTOLAR)
Digər
07.05.2017
Farid Pardashunas
Bir neçə həftə əvvəl haqqında məlumat verdiyimiz "Startap Europe Week", bir neçə saat əvvəl "SUP Akselerasiya Mərkəzi"ndə baş tutdu. İki gün davam edəcək "Startup Europe Week" tədbirinin birinci günündə iştirakçılar, startapların mövcud olduğu müddət ərzində keçdiyi yollar, ideyadan-məhsula, komanda, məhsulun hədəf kütləsi və bazarları haqqında məlumatla tanış oldular. Tədbirin 1-ci sessiyasında "Vizam.az" startapının təsisçisi Baba Ağayev ilə müzakirəli panel təşkil olundu. İkinci sessiyada isə Azərbaycan bazarında kifayət qədər investisiya təcrübəsinə sahib şəxslərlə yerli bazarda startaplara yatırım və investisiya məsələləri müzakirə mövzusu oldu. "Startup Europe Week" sabah baş tutacaq növbəti görüşü ilə işini yekunlaşdıracaq. Tədbirin 1-ci panelinin video yazısını buradan izləyə bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ