"The Magical Photography Tour" foto müsabiqəsi baş tutdu, qaliblər mükafatlandırıldı
Digər
07.05.2017
Farid Pardashunas
Bir müddət əvvəl sizlərə elan etdiyimiz, Blogstar təşkilatçılığı ilə keçirilən "The Magical
Photography Tour” foto müsabiqəsi 7 Fevral tarixində baş tutdu.
Finala keçən 15 fotonun sərgiləndiyi və Barama İnnovasiya
və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə keçirilən bu müsabiqə, Elviento
Art&Crafts Cafedə reallaşdırıldı.
Professional fotoqraflar Gülçin Məmmədova, Zaur Nəcəfbəyov və Emil Hüseynzadənin
münsif olduğu bu müsabiqədə 1-ci yerin sahibi Yusif Əliyev, 2-ci yer Zöhrab
Hacıyev və 3-cü yer Aliya Mollayeva seçildi. Müsabiqədə iştirak etmiş hər bir həvəskar
fotoqraf, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi tərəfindən hədiyyələr və Blogstar-dan sertifikatlar ilə təltif edildi.
Qaliblərə
Azərbaycanın ilk onlayn fotomağazası olan Zoom Gallery-dən dəyərli hədiyyələr,
Parfüm brendi La Rose-dan ətirlər, Bənövşəyi-dən (İnstax distributor) və Naveen (Geyim Brendi)-ndən endirim kartları təqdim olundu.
Elviento
Art&Crafts Cafedə reallaşdırılan bu fotosərgidə Vanilla.az-ın şirniyyat təamları
həm iştirakçıları həm də qonaqların zövqünü oxşadı.
Technote.az
olaraq biz də sərgidə iştirak etdik və Azərbaycan startaplarının istədiklərini əldə
edə biləcəklərinin şahidi olduq. Blogstar-ı ağlınızda bir yerlərdə saxlayın, çünki
bu komandanın bir gün çox böyük işlər görəcəklərinə inanırıq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ