main-post-cover

    Wordpress.com ilə necə blog saytı yaratmaq olar?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Wordpress.com ilə Wordpress.com arasındakı fərqlər" ilə bağlı daha əvvəlki bir məqaləmizdə sizlərə məlumat verdik.

    Bu yazımızda blog yazmağa yeni başlayacaq olan yazarlar üçün sadə və şəkilli izahlarla WordPress.com ilə blog saytı yaratmaq haqqında məlumat verəcəyik.
    Wordpress.com ilə necə blog saytı yaratmaq olar?
    Wordpress.com-da blog saytı yaratmaq üçün daxil olacağınız bölmə
     
    http://wordpress.com/start/website/survey-user/az adresinə daxil olduğunuzda qeydiyyat bölməsi açılacaq ki burada saytınızın aid olduğu kateqoriyanı seçirsiniz.

    İkinci və üçüncü addımlarda isə ana səhifənizin görünüşünü (mövzu) seçirsiniz.

    Wordpress.com ilə necə blog saytı yaratmaq olar?

    Wordpress.com ilə necə blog saytı yaratmaq olar?
    wordpress.com
     
    Daha sonrakı yəni 4-cü addımda siz blog saytınızın adını təyin etməlisiniz. Məsələn technoteaz.wordpress.com
    Wordpress.com ilə necə blog saytı yaratmaq olar?

    Domen adımızı seçdikdən sonra sizə uyğun olan tarif planı seçimini etməlisiniz, hələki ödənişsiz versiya ilə başlaya bilərsiniz. İstədiyiniz zaman digər tarif planlarına keçid edə bilərsiniz.
    Wordpress.com ilə necə blog saytı yaratmaq olar?
    Tarif planını seçdikdən sonra artıq siz email, istifadəçi adı və şifrə daxil edərək qeydiyyatınızı tamamlayırsınız. Lakin bundan sonra siz E-poçtunuza gələn mesajdan qeydiyyatı təsdiqləməlisiniz.
    Wordpress.com ilə necə blog saytı yaratmaq olar?
     
    Blogunuz artıq hazırdır. Növbəti olaraq siz hesabınıza daxil olaraq, tənzimləmələr bölməsindən blogunuzla bağlı məlumatları daxil edə və dil seçimini qeyd edə bilərsiniz. Bu və digər tənzimləmələr haqqında digər məqalələrimizdən birində ətraflı məlumat verəcəyik.
    Sadəcə bu qədər, artıq sizin də Wordpress.com-da bir blogunuz var.
    Yazını bəyəndinizsə paylaşmağı unutmayın. Paylaşmaq gözəldir!
    Linki kopyala