
'Cannes Lions 2018'də bugün nələr baş verəcək? [Günün Planı]
Cannes Lions
18.06.2018
Farid
BirBank və Technote "Cannes Lions"dan təqdim edir.
Sayca 65-ci dəfə keçirilən "Cannes Lions" yaradıcılıq festivalı bugün səhər saatlarından etibarən işinə başladı. 5 gün davam edəcək festivalın əsas mükafatlarını qazanmaq üçün şirkətlərin qısa listləri artıq açıqlanıb. Bakı vaxtı ilə 21:00-da baş tutacaq ilk mükafatlandırma tədbirində "Pharma Lions", "Young Lions Health Award", "Health & Wellness Lions", "Lions Health Grand Prix for Good" kateqoriyalarında ən yaradıcı reklam kampaniyaları və fikirləri yarışacaq. Uyğun kateqroiyalar üzrə yarışacaq brendlərin və agentliklərin "short list"ləri artıq açıqlanıb. Eyni zamanda bu axşam baş tutacaq mükafatlandırmada "Healthcare" sahəsində ən yaxşı reklam agentliyinin və ən yaxşı şəbəkənin (Healthcare network of the Year) də adı məlum olacaq. Uyğun kateqoriyalar üzrə "Short list"ə qalan marka və agentliklərin siyahısı ilə aşağıdan tanış ola bilərsiniz.


"Cannes Lions" səfərimizin əsas tərəfadaşı "BirBank" mobil əlavəsidir. Ölkədə bankçılıq sektorunda innovativ həllər təqdim edən, eyni zamanda marketinq, reklam və kommunikasiya sahəsində kifayət qədər işlər görən Kapital Bank-ın yeni məhsulu olan "BirBank" əlavəsi, istər bank istərsə də qeyri-bank müştərilərinə banka getmədən bir çox əməliyyatları mobil tətbiq vasitəsilə həll etmək imkanını verir. Tətbiqi iOS və Android mağazalarından aşağıdakı linklər vasitəsilə yükləyə bilərsiniz.
BirBank Android | BirBank iOS
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
