Logo
    main-post-cover

    "Cannes Lions 2025" festivalının üçüncü gününün qalibləri açıqlandı!

    Cannes Lions
    18.06.2025
    Sabina
    “Cannes Lions 2025”dən məzmun yayımları “Azercell”in eksklüziv tərəfdaşlığı ilə həyata keçirilir.
    “Cannes Lions 2025”in üçüncü günündə "Creative Data", "Direct", "Media", "PR" və "Social & Creator" kateqoriyaları üzrə qaliblər elan olundu. Bu mükafat gecəsində ABŞ 3, Hindistan, Sinqapur və Braziliya isə hərəsi 1 qran-pri qazanaraq ön plana çıxdı.
    Creative B2B Lions
    Burada 417 müraciət arasından 13 iş “Şir” qazandı. Qran-pri “GoDaddy Airo” üçün hazırlanan "B2B: Act Like You Know" kampaniyasına verildi. Tempe (Arizona) mərkəzli “GoDaddy” aktyor Walton Goggins ilə birlikdə süni eynək brendi yaratdı. Bu kampaniya vasitəsilə brendin AI texnologiyası tanıdıldı və kiçik bizneslərin onlayn varlığını asanlıqla necə qurub böyüdə biləcəyi yaradıcı və əyləncəli formada nümayiş etdirildi.
    Creative Data Lions
    Bu kateqoriyada isə 597 müraciət arasından sadəcə 18 layihə “Şir” qazandı. Qran-pri "Efficient Way To Pay" kampaniyasına təqdim edildi. “DM9 São Paulo” tərəfindən hazırlanan bu kampaniyada Braziliyada azgəlirli ailələr enerjiyə qənaətcil cihazları istifadə edərək qazandıqları qənaətlə həmin cihazların ödənişini edə biliblər.
    Direct Lions
    Kateqoriyadakı 2038 müraciət üzrə 60 layihə “Şir” ilə mükafatlandırıldı. Qran-pri "AXA - Three Words" kampaniyasına verildi. “Publicis Conseil, Paris” tərəfindən həyata keçirilən bu kampaniyada Fransada ən çox istifadə olunan sığorta müqavilələrinə sadəcə üç söz, yəni “and domestic violence” əlavə olunaraq qadınlara ailə zorakılığından çıxış üçün simvolik bir yol göstərilib.
    Media Lions
    Burada isə 2058 müraciət arasından 66-sı “Şir” qazandı. Qran-pri "Dove Real Beauty Redefined for the AI Era" kampaniyasına verildi. “Mindshare, New York” tərəfindən həyata keçirilən kampaniya AI texnologiyalarının yaratdığı qeyri-real gözəllik standartlarına cavab olaraq “Pinterest” alqoritmini dəyişdirib daha inklüziv təmsil formaları yaradıb.
    PR Lions
    Kateqoriyaya gələn 1537 müraciətdən sadəcə 44 iş “ Şir” qazandı. Qran-pri "Lucky Yatra" kampaniyasına verildi. “FCB India, Mumbai” tərəfindən “Indian Railways” üçün həyata keçirilən bu kampaniyada bütün qatar biletləri eyni zamanda lotereya biletinə çevrilib. Beləliklə, insanları biletləri almağa daha mənalı səbəblə təşviq ediblər.
    Social & Creator Lions
    Bu kateqoriyada isə 1673 müraciət arasından 50 layihə “Şir” qazandı. Qran-pri "Vaseline Verified" kampaniyasına verildi. “Ogilvy, Singapore” tərəfindən həyata keçirilən bu kampaniya sosial mediada yayılan yalnış istifadə "hack"lərinin qarşısını almaqla yanaşı, brendi mütəxəssis, icma və yaradıcılarla birlikdə daha güvənli formada yenidən qurdu.
    “Cannes Lions 2025” festivalı hələ davam edir! Növbəti günün mükafatları və yaddaqalan işləri ilə tanış olmaq üçün bizi izləməyə davam edin.
     
     
    Paylaş