Cannes
Filterlə
Digər
"Cannes Lions Beynəlxalq Yaradıcılıq Festivalı”nın son qalibləri açıqlandı
“Cannes Lions Beynəlxalq Yaradıcılıq Festivalı”nın son mükafatlandırma mərasimində builki festivalın son “Şir”ləri də sahiblərini tapdı. Final gecəsində “Glass: The Lion for Change”, “Sustainable Development Goals”, “Film”, “Dan Wieden Titanium” və “Grand Prix for Good” kateqoriyaları üzrə qaliblər elan olundu. Bu gün həm də tarixi nəticələrlə yadda qaldı. Keniya festival tarixində ilk qran-prisini qazandı, müstəqil agentlik “Mother London” isə “Film Lions”un ən yüksək mükafatına layiq görüldü.
Digər
"Cannes Lions" 4-cü günündə innovativ, strateji və yaradıcı layihələri mükafatlandırır!
“Cannes Lions Beynəlxalq Yaradıcılıq Festivalı”nın dördüncü mükafatlandırma mərasimində biznes, strategiya, lüks, brend təcrübəsi, kommersiya və innovasiya istiqamətlərini əhatə edən kateqoriyalar üzrə qaliblər elan olundu. “Creative Business Transformation”, “Creative Effectiveness”, “Creative Strategy”, “Luxury”, “Brand Experience & Activation”, “Creative Commerce” və “Innovation” kateqoriyalarında təqdim olunan mükafatlar yaradıcılığın təkcə ünsiyyət vasitəsi deyil, həm də biznesi dəyişdirən real güc olduğunu göstərdi. Bu gün Yunanıstan “Creative Business Transformation” kateqoriyasında ilk qran-prisini qazandı, Kanada isə “Innovation” kateqoriyasında həftənin ikinci qran-prisini əldə etdi.
Digər
"Cannes Lions" festivalının ən güclü layihələri: Üçüncü günün qalibləri
“Cannes Lions Beynəlxalq Yaradıcılıq Festivalı” üçüncü mükafatlandırma mərasimində “Creative Data”, “Media”, “Direct”, “PR” və “Social & Creator” kateqoriyaları üzrə builki qalibləri elan etdi. Bu gecə, xüsusilə, Peru və Puerto-Riko üçün yaddaqalan oldu.
Digər
Yaradıcılıq "Cannes Lions"da parlamağa davam edir: İkinci günün qalibləri
“Cannes Lions Beynəlxalq Yaradıcılıq Festivalı”nın ikinci mükafatlandırma mərasimində əyləncə və sənətkarlıq istiqamətlərini əhatə edən 8 kateqoriya üzrə qaliblər elan olundu. “Entertainment”, “Entertainment Lions for Gaming”, “Entertainment Lions for Music”, “Entertainment Lions for Sport”, “Design”, “Digital Craft”, “Film Craft” və “Industry Craft” kateqoriyalarında təqdim olunan mükafatlar bu il də yaradıcılığın brendlərlə mədəniyyət arasında necə körpü qurduğunu nümayiş etdirdi.
Digər
73-cü "Cannes Lions" festivalının ilk qalibləri bəllidir!
"Cannes Lions Beynəlxalq Yaradıcılıq Festivalı" yaradıcı fərdləri, sənaye liderlərini və gənc istedadları yenidən bir araya gətirərək yaradıcılığın qlobal mərkəzi olduğunu bir daha sübut etməyi hədəfləyir. 73-cü dəfə keçirilən festivalın ilk günündə “Audio & Radio”, “Creative Brand”, “Creative B2B”, “Health & Wellness”, “Outdoor”, “Pharma” və “Print & Publishing” kateqoriyaları üzrə qaliblər elan olundu.
Digər
“Cannes Lions Beynəlxalq Yaradıcılıq Festivalı”nın son günü möhtəşəm layihələrlə yadda...
72-ci “Cannes Lions Beynəlxalq Yaradıcı Festivalı” möhtəşəm bir finalla başa çatdı. Son günün mükafat mərasimində “Film”, “Titanium”, “Glass: The Lion for Change”, “Sustainable Development Goals” və “Grand Prix for Good” nominasiyalarının qalibləri elan edildi. Festivalın bütün həftəsini əhatə edən xallar əsasında verilən xüsusi mükafatlar da bu mərasimdə təqdim olundu.
Digər
“Cannes Lions 2025”in dördüncü günündə nələr oldu?
Yarıdıcılığın strategiya, effektivlik və transformasiya qazanclarına fokuslandığı dördüncü gündə də “Şir”lər öz qaliblərini tapdı. Bu gecə ABŞ 3, Fransa 2, Danimarka və Birləşmiş Krallıq isə 1 qran-pri ilə ön plana çıxdılar.
Digər
"Cannes Lions 2025" festivalının üçüncü gününün qalibləri açıqlandı!
“Cannes Lions 2025”in üçüncü günündə "Creative Data", "Direct", "Media", "PR" və "Social & Creator" kateqoriyaları üzrə qaliblər elan olundu. Bu mükafat gecəsində ABŞ 3, Hindistan, Sinqapur və Braziliya isə hərəsi 1 qran-pri qazanaraq ön plana çıxdı.
