
“Cannes Lions 2025”in dördüncü günündə nələr oldu?
Cannes Lions
20.06.2025
Sabina
“Cannes Lions 2025”dən məzmun yayımları “Azercell”in eksklüziv tərəfdaşlığı ilə həyata keçirilir.
Yarıdıcılığın strategiya, effektivlik və transformasiya qazanclarına fokuslandığı dördüncü gündə də “Şir”lər öz qaliblərini tapdı. Bu gecə ABŞ 3, Fransa 2, Danimarka və Birləşmiş Krallıq isə 1 qran-pri ilə ön plana çıxdılar.
Creative Business Transformation Lions
262 müraciət arasından 7 layihə “Şir” qazandı. Qran-pri “AXA — Three Words” kampaniyasına verildi. Qeyd edək ki, bu, Publicis Conseil Paris” tərəfindən hazırlanan kampaniyanın “Cannes Lions 2025”də qazandığı ikinci qran-prisi oldu.
Creative Effectiveness Lions
Bu kateqoriyada 326 müraciət arasından 17 “Şir” təqdim edildi. Qran-pri "Shot on iPhone" kampaniyasına verildi. “TBWAMedia Arts Lab Los Angeles” tərəfindən “Apple” üçün hazırlanan bu kampaniya “iPhone”un öz kateqoriyasında lider brendə çevrilməsində illərdir ki, əhəmiyyətli rol oynamışdır.
Creative Strategy Lions
Burada isə 902 müraciət arasından 28 layihə “Şir” qazandı. Qran-pri “Dove” üçün “Ogilvy UK London” tərəfindən hazırlanan "Real Beauty" kampaniyasına verildi. Qadınların öz gözəlliklərini tanımaları ideyası ilə başlayan bu kampaniya zamanla milyonlarla insanın dəstək verdiyi qlobal bir özünəinam hərəkatına çevrilib.
Luxury Lions
Kateqoriyadakı 181 müraciət arasından 7 layihə “Şir” qazandı. Qran-pri “LVMH” üçün “Havas Play Paris” tərəfindən reallaşdırılan "The Partnership That Changed Everything" kampaniyasına verildi. Kampaniya “LVMH”nin “Paris 2024 Olimpiya Oyunları”nda sponsor yox, yaradıcı tərəfdaş kimi formalaşması ideyasına söykənirdi.
Brand Experience & Activation Lions
Burada 2337 müraciət arasından sadəcə 69 işə “Şir” təqdim olundu. Qran-pri “FCB Chicago” tərəfindən "Caption with Intention" kampaniyasına verildi. Nəzərinizə çatdıraq ki, bu mükafat da layihənin ikinci qran-prisi oldu.
Innovation Lions
231 müraciət arasından 7 layihə “Şir” qazandı. Qran-pri isə “Sounds Right" kampaniyasına verildi. “AKQA Copenhagen” tərəfindən BMT-nin “UN Live” təşəbbüsü və “Spotify” üçün həyata keçirilən bu kampaniya "Nature"i rəsmi musiqi artisti olaraq tanıdıraraq musiqi dinləməyi iqlim aksiyasına çevirdi. Bu isə Danimarkanın sözügedən kateqoriyada qazandığı ilk qran-prisi oldu.
Creative Commerce Lions
Bu kateqoriyada 644 müraciət arasından 21 layihə “Şir” qazandı. Qran-pri “VML New York” tərəfindən “Ziploc” üçün reallaşdırılan "Preserved Promos" kampaniyasına verildi. Bu kampaniyada influenserlərin köməyi ilə istifadə olunmamış kuponlar mobil platforma üzərindən yenidən aktivləşdirilib və alıcılar üçün yeni endirim imkanları yaradılıb.
“Regional Network of the Year” üzrə qaliblər isə aşağıdakı kimi oldu.
- Asiya: Ogilvy
- Avropa: Leo
- MENA: BBDO Worldwide
- Latın Amerikası: DDB Worldwide
- K. Amerika: FCB
- Sakit Okean: DDB Worldwide
- Afrika: Joe Public
Festival davam edir. Yeni qaliblər, yeni hekayələr üçün bizi izləməyə davam edin.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F36-nın xarici görünüşü və bəzi texniki imkanları ortaya çıxıb
